Ailə yükü 1-ci hissə (yaşadıqlarım)
Ceyhun Fikrət tərəfindən "Digər yazılar" bolməsinə 00:50 06 dekabr 2023 tarixində əlavə olunmuşdur

Bəzən insanın etdiyi səhvlər illər keçsə də onu tərk etmir. Nə qədər unutmağa çalışsan da, keçmiş bir kölgə kimi arxanca gəlir. Xatirələr səni özün də hiss etmədən geriyə aparır və bir gün anlayırsan ki, keçmişlə mübarizə aparmaq mümkün deyil. Çünki keçmiş sənin bir parçandır. Ömründən qopub gedən illərdir. Ən əsası isə keçmiş elə sənin özünsən.Keçmişi dəyişmək mümkün deyil. Ancaq ondan nəticə çıxarmaq, gələcəyə daha ümidlə baxmağa kömək edir.Uşaqlığım ömrümdən qopub gedən səhifələrdir. İndi isə artıq yetkin yaşındayam.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
Müəllif

Ceyhun Fikrət
Haqqında
Ceyhun Fikrət (Dünyamalıyev Ceyhun Fikrət oğlu) 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İran islam respublikasının Qom şəhərində yerləşən Əl-Mustafa beynəlxalq universitetinin Əl-Məhdi adlanan şöbəsində fars dili və islam maarifi fakultəsində təhsil alıb. Bundan əlavə 2017-ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialına daxil olub. 2024-ci ildə Əl-Mustafa Beynəlxalq Universitetinin Fiqh və İslam maarifi fakultəsini bitirib. Hal-hazırda yazıçı,jurnalist və ruhani kimi fəaliyyətini davam etdirir.
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0285 saniye