
Səhər isə anam yenə mülayimliklə, heç kimlə işin olmasın deyərək, məni məktəbə yola salırdı. Hər səhər evdən çıxıb dərsə gedirdim. Qarşıma çıxan insanların üzlərində müharibənin ağrı-acısın, kədərin görürdüm. Evlərdən ölüm qorxusu, qan iyi çəkilmirdi. Qəribədir ki xalq tərəfindən belə bir söz də yaranmışdı “Qaçqın”. Evləri erməni daşnaqları tərəfindən zəbt olunmuş həmvətənlərimizəqəribədir ki, “qaçqınlar” deyirdilər. Qaçqın, köçkün sözü hər tərəfdə eşidilirdi. Torpaqlarını, evlərini itirmiş insanlara bəziləri doğma münasibət göstərsə də, onlara qarşı ögey münasibətdə, var idi. “Qaçqın” sözündən h