Ailədaxili münasibətlərdə qarşılıqlı güzəşt
ceyhun fikrət tərəfindən "Elmi məqalə" bolməsinə 19:54 27 yanvar 2021 tarixində əlavə olunmuşdur

Ailədə kişinin və yaxud qadının dəyərinin artması, onların bir-birlərinə olan qarşılıqlı münasibətlərinin düzgün formada olmasından aslıdır.

 

Kişinin ailədə şah, qadının isə vəzir vəzifəsin də olması məqsədəuyğundur. Ailədə olan bir çox narazılıqlara səbəb kimi bəzən maddi və sosial problemlər göstərilsə də, amma ailədə kişi və qadın münasibətləri düzgün tənzimlənərsə, hətta maddi və sosial problemlər heç də ailənin düzgün qoyulmuş təməlini sarsıda bilməz. Kişinin evdə səmimi davranışı, əxlaqlı və ağıllı düşüncəsi olarsa, çox güman ki, bu qadın tərəfindən yüksək qiymətləndirilər. Ailədaxili münaqişələrdə kişi və qadin mütləq bir-birlərini dinləməli və kişi bu münaqişəyə səbəb olan səbəbləri araşdırmalı və ən azından qarşısındakı qadına qarşı səmimi olmalı və təkəbbürdən, yəni mənəmlikdən uzaq duraraq, fikirlərini qadına çatdırmalıdır. Qadın da kişinin fikirlərinə səbirlə qulaq asmalı və daxili gərginlikdən uzaq olub, əxlaqi keyfiyyət nümayiş etdirməlidir. Günahın kimdə olmasına baxmayaraq, hər iki fərd qarşılıqlı anlaşma nəticəsində, bir-birlərindən üzürxahliq diləməlidirlər. Bəzən də qadının ailədə kişini saymaması kişinin evdə dəyərdən düşməsinə səbəb ola bilər. Çünki, bir evin qadını həyat yoldaşına qiymət vermirsə, təbii ki, ailədə mövcud olan ailə üzvləri də kişinin qədrini çətin ki, bilsin. Həmçinin ailədə qadının dəyərinin artmasi təbii ki, kişidən aslıdır. Çünki kişi öz qadınını həm ailədə, həm cəmiyyətdə müdafiə etməli və onu dəyərləndirməlidir. Əgər belə olarsa, ailədaxili münaqişə zamanı qadınlar ərlərinə güzəştə gedərlər. Hətta ailədə yaşayan ailə üzvləri də, ailədə kişi və qadın hüqüqlarının nə dərəcədə olduğunu bilərlər. Əgər ailədə ailə uzvləri tərəfindən qadına qarşı haqsızlıq olarsa, ilk növbədə bu problemin həlli yollarına kişi baxmalı və qadınını müdafiə etməlidir. Əgər belə olarsa, qadın da ailədə və yaxud yaşadığı cəmiyyətdə, kişisini böyük qüvvə bilər, yalniz kişisinə güvənər və bu zaman ailədə və cəmiyyətdə isə əxlaqi davranışlar, o cümlədən əxlaq qayda-qanunu gözəl şəkildə inkişaf edər. Amma ailədə qadının bəzən özünü kişidən üstün bilməsi nəticəsində, belə ailədə fitnə-fəsad törənir və belə bir ailənin sonadək mövcud olub yaşaması qeyri-mümkündür. Əgər belə ailənin mövcud olması mümkün olarsa da, həmin ailə də əxlaq normalarına uyqun olmayan hərəkətlər baş qaldırar və nəticədə cəmiyyətə ziyan gətirəcəyi bəlli olmayan fəlakətə çevrilə bilər. Allahın Peyğəmbəri də (s) buyurub: “Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz”. Təbii ki, ailə məsələləri zamanı qərar verilərkən, ilk növbədə ailədə kişinin sozü üstün tutulmali və kişi ailədə söz sahibi olmalı, qadın da kişinin sözünü təsdiq etməlidir. Yalnız kişinin də ailədə, düz və haqlı həmçinin səmimi və yalandan uzaq qərar verməsi nəticəsində belə qərar ailənin qorunmasına, cəmiyyətin isə fitnə-fəsaddan qurtulmasına səbəb ola bilər.



Hədis mənbə:

Mizanul-hikmət: hədis 5751
Bakı şəhəri
24.07.2014

www.ceyhunfikret.wordpress.com


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0244 saniye