“The Guardian” məlumat verir ki, britaniyalı aktyor Alan Rikman dünyasını dəyişib.
Rikman 69 yaşında xərçəngdən Londonda dünyasını dəyişib. Aktyorun ölümü haqqında informasiyanı ailəsi təsdiq edib.
Rikman “Möhkəm qoz”, “Əsl sevgi”, “Doqma”, “Robun Qud: Oğrular şahzadəsi”, “Eşq və yaşam” filmlərdəki rolları ilə məşhurdur. "Harri Potter" saqasında ən parlaq personajlardan birini Severus Sneyp'i oynamışdı. Aktyorun son işləri “Səmanın gözü” filmindəki rolu və “Alisa möcüzələr ölkəsində: Güzgü arxasında” lent səsləndirilməsi idi.
Birləşmiş Krallıqda Rikman teatr aktyoru kimi şöhrət qazanmış, Krallığın Şekspir cəmiyyətinin üzvü olmuşdu. “The Guardian” aktyoru “Britaniya teatr və kinosunun qigantı” adlandırıb. O, “Qızıl qlobus”, “Emmi”, BAFTA və digər mükafatların laureatı olsa da, “Oskar”ı qazanmayıb.
Tərcümə: Nigar Şahsuvarova