A.Eynşteyn (1879-1955) çox sakit böyümüş, danışmayan uşaq olub, həmişə səs-küydən qaçmışdır. Dahi Eynşteyn uşaqlıqda riyaziyyat və fizikadan geri qalırdı. Dayısı Yakob onu sakitləşdirərək dekyirdi: «Heç nə olmaz, Albert, hamı professor ola bilməz ki... sən də gələcəkdə bir sənət sahibi olarsan.»
Eynşteyn bütün dünyada ən populyar fizik və alim olmuşdur. İsrail dövləti hətta onu ölkənin prezidenti olmağa dəvət etmişdi, lakin böyük alim bu təklifi qəbul etməmişdi. Buna oxşar hadisə XVII əsrdə olmuşdur. 1654-1658-ci illərdə İngiltərənin vahid prefektoru olsa da Oliver Kromvel dönə-dönə edilən təklifləri rədd edib kral olmaqdan imtina etmişdir.Corc Vaşinqton da (1732-1799) ikinci prezidentlik səlahiyyəti başa çatdıqdan sonra konqres ondan konstitusiyaya əlavə etməklə üçüncü dəfə prezident olmasını xahiş etsə də o bu təklifi rədd etmişdi.
Məşhur professor Eynşteyn (1879-1955) İngiltərənin Mançester universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazmış və mühazirəni davam etdirmişdir. Bir daha taxtaya tərəf döndükdə onu yerində görməmişdir. Məlum olmuşdur ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoymuşlar. Sonra həmin taxtada Eynşteyn tabaşirlə yazdığı xəttinin üzərinə lak çəkilmiş və həmişəlik qalması üçün tədbir görülmüşdür.
1933-cü ildə Eynşteyn Avropadan Amerikaya gələrkən Belçikada qaldı. Belçika kraliçası onun həyatını qorumaq tədbirlərini gördü. O, bağlı karetdə İngiltərəyə, oradan da Amerikaya getdi.
20-ci illərdə Eynşteynə o qədər məktub gəlirdi ki, qulluqçu bu məktubları iri bir səbətdə gətirirdi. Məktublar müxtəlif dillərdə və məsələlərə aid yazılırdı. Buna isə poçtalyon əsəbiləşirdi və yeni korrespondensiyanı onun üstünə tullayardı. Eynşteyn isə poçtalyonu özünün qəddar düşməni adlandırır və hesab edirdi ki, o bu qulluqçudan canını qurtara bilməyəcəkdir. Məktubların çoxuna arvadı Elza cavab verərdi, Eynşteynin bu məktublara cavab yazmağa vaxtı olmazdı.
Eynşteynin tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə prof. Əbdülsəlim (1926-1979) Nobel mükafatını almışdır.
A.Eynşteyn demişdir ki, təcrübə ilə təsdiq edilən hadisələrin məntiqi riyazi dəlillərlə sübuta yetirilməsi üçün əsas tapmaq ancaq Nyutona müyəssər olmuşdur.
Eynşteyn demişdir: «Hamı bilir ki, bu şey ola bilməz, lakin «Bu şeyin ola bilməzliyini» bilməyən bir nəfər tapılır və o da həmin şeyi kəşf edir.»
Eynşteyn demişdir: «Əgər cavan və sağlam bır yırtıcı heyvana qamçı gücünə hər gün həddindən artıq ət versən, tədricən o, yeməkdən tamamilə iyrənəcəkdir.»
Bir dəfə Eynşteyn məşhur Avstriya fiziki Feliks Eranqaftın evində qonaq qalır. Feliksin arvadı - Avstriyada qadın təhsilinin təşkilatçısı - Eynşteyndən xahiş edir ki, mühazirəyə gedəndə bir qədər geyiminə fikir versin. Bu məqsədlə qadın ona bir təzə şalvar verir ki, onu dərzidə ütülətdirsin və geyinsin. Lakin Eynşteyn mühazirəyə həmin ütülənməmiş şalvarda gedir.
Bir dəfə Eynşteyn Praqada «Uraniya» cəmiyyəti zalında mühazirə oxumaq əvəzinə konsert verir. O, skripkada Motsartın sonatasını çalır.
Bir dəfə Eynşteynə sual verirlər ki, «Necə oldu ki, siz Nisbilik Nəzəriyyəsini kəşf edə bildiniz?
Cavabında Eynşteyn deyir;
- Bunu bilmək üçün gəlin ümumiyyətcə araşdıraq görək, kəşf nədir, onu necə edirlər. Bax, təsəvvür edin ki, elm min-min il ərzində inkişaf edib və öz qanunları ilə müəyyənləşdirib ki, nəyi etmək olar, nəyi yox. Elmi dərindən bilən adamlar da, onun qadağan etdiyi şeyləri etmirlər, çünki bilirlər ki, bu filan-filan qanunlarla ziddir. Birdən bir dəlisov peyda olur və bilmir ki, nəyi etmək olar, nəyisə yox. Xəbərsizliyin ə görə də, əvvəl qadağan hesab olunan şeyləri edir və nə isə yeni bir kəşf alınır. Nəticədə hamı görür ki, sən demə, belə də etmək olarmış.
Eynşteyn 1955-ci il aprelin 17-də qarlı havada anevrizmdən ölmüşdür. Öz arzusuna görə cəsədi yandırılır və külü havaya səpilir.
Eynşteyn vaxt alan iclaslardan və dəvətlərdən zəhləsi gedərdi.
Eynşteyn yazmaqdan və oxumaqdan çox, fikirləşirdi.
Eynşteyn Sahənin Vahid Nəzəriyyəsini tapmaq üçün ömrünün 30 ilindən artıq bir hissəsini sərf etmiş, lakin heç bir nəticə almamışdır. Bir dəfə ondan bu barədə soruşanda belə cavab vermişdir:
- Hər halda indi doğru olmayan on min üsul bilirəm.
Eynşteyn skripkada və pianoda çalmağı çox sevərdi. O, 14 yaşında evdə konsert verərdi. Musiqi aləmində onun çox sevdiyi Motsart, elmdə isə həndəsə olmuşdur. Eynşteyn bir dəfə yoldaşları ilə restoranda oturarkən başqalarının cingiltisi, musiqi səsləri, danışıqlar onu fikirli vəziyyətdən çıxarır. O, sakitcə yerindən durub skripka çalana yaxınlaşır və ondan skripkanı alıb özü çalır. Xeyli sonra üzr istəyərək skripkanı sahibinə qaytarır.
Eynşteyn hesab edirdi ki, «fiziki nəzəriyyə elə olmalıdır ki, hər cür hesablamalarla yanaşı, uşaqların başa düşəcəyi tərzdə onun şəklini çəkib izah etmək mümkün olsun.»
Eynşteynin səliqəsinə qarşı əcaib başısoyuqluğu vardı. Adəti üzrə o, həmişə görkəmini tamam itirmiş bir dəri kurtka geyərdi, saçlarını vurdurmazdı, corab geyməzdi, qalstuk bağlamazdı, şalvara toqqa taxmazdı. Priston institutunun dosenti İnfeld hesab edirdi ki, Eynşteyn özünə qulluq işlərini tam başlı-başına buraxan adamdır. O deyirdi ki,Eynşteynə görə, insana yalnız ayaqqabı, şalvar, köynək, pencək, lazımdır. İnsan kiçik şeylərdə çox vaxt sərf edir.
Eynşteynin həyat tərzi və həyatı çox sadə idi. Laboratoriyası və alətləri yox idi. Onun otağında Nyutonun şəkli və kiçik bir teleskop qoyulmuşdu. Bir dəfə yoldaşları ondan bu teleskopun nəyə lazım olduğunu və onun alətlərinin nədən ibarət olduğunu xəbər alırlar. O, cavabında: «Teleskop baqqalındır, mən onu oyuncaq kimi saxlayıram, alətlərə gəldikdə isə sadəcə olaraq avtoqələmdən ibarətdir» - deyir.
İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Eynşteynə sual verirlər ki, «Siz Üçüncü Dünya Müharibəsini necə təsəvvür edirsiniz».
Eynşteyn cavabında bildirir:
- Üçüncü yox, dördüncü barədə deyə bilərəm ki, o, ox-yayla aparılacaq. Nəzərdə tutaraq ki, artıq Üçüncü Dünya Müharibəsi Yer üzündə sivilizasiyanı tam şəkildə məhv edəcək.
Məlum olduğu kimi Eynşteynin Nisbilik Nəzəriyyəsinin əsasında duran ən fundamental prinsip işıq sürətinin sabitliyi prinsipidir. Mühazirələrindən birində Eynşteyn dönə-dönə bu prinsipə istinad edərək Nisbilik Nəzəriyyəsini izah edir, hesablamalarında qiymətini göstərmədən dəfələrlə bu sürətin ədədi ifadəsindən istifadə edir. Mühazirənin sonunda dinləyicilərdən biri qalxıb sual verir ki, cənab Eynşteyn siz bayaqdan bəri işıq sürətindən, onun bu nəzəriyyənin əsasında durmasından bəhs edirsiniz. Amma onun qiymətini göstərmirsiniz. Xahiş edirəm deyin, bu sürət nə qədərdir? Cavabında Eynşteyn deyir;
- O şeyləri ki, mən istənilən məlumat kitabçasından axtarıb tapa bilərəm, elə şeyləri əziyyət çəkib yaddaşımda saxlamıram.
Nasist partiyası siyahısında ölümə məhkum olunanlar arasında bir nömrəli adam Eynşteyn idi. Hətta Hitler düşmənlərinin fotoşəkilləri xüsusi albomlarda saxlanılırdı. Bu şəkillərin içərisində Eynşteynin şəkli də vardı. Şəkildə yazılmışdı: « Hələ asılmayıb.»
Nisbilik Nəzəriyyəsi artıq məşhurlaşıb, bütün dünyanı fəth etdiyi vaxtlardan birində Eynşteyndən xahiş edirlər ki, bu nəzəriyyənin mahiyyətini nisbətən sadə dillə onlara başa salsın.Eynşteyn cavabında deyir:
- Riyaziyyatçılar ona baş qoşandan bəri, mən özüm də ondan bir şey anlamıram.
Bir dəfə observatriyanın (rəsədxananın) müdiri nəhəng teleskopları göstərərək, fəxrlə öz işlərindən danışır. Yekunda Eynşteynin həyat yoldaşı rəsədxana rəhbərindən soruşur ki, «Bağışlayın, bütün bunlar maraqlıdır. Ancaq ki, mən bir şeyi başa düşmədim ki, bu qədər hamısı göyə tuşlanmış nəhəng qurğular, teleskoplar nəyə lazımdır?
Observatoriyanın rəhbəri cavabında bildirir ki, «Necə yəni nəyə? Əlbəttə ki, göydəki ulduzların hərəkət qanunauyğunluqlarını izləyib öyrənmək üçün».
Eynşteynin arvadı cavabında deyir:
- Maraqlıdır, sizin bu qədər nəhəng qurğular, teleskoplar vasitəsilə axtarıb tapdıqlarınızı, mənim ərim köhnə bir konvertin arxasında cızma-qara etməklə tapır.
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Eynşteynin dahiliyinin mümkün səbəbləri tapılmışdır
Albert Eynşteynin beyninin şəklinin tədqiqatı fizikin çox böyük qabiliyyətini izah edə bilən qeyri-adi anatomik xarakteristikasını üzə çıxarmışdır. İşin şərhilə bağlı olan məqalə Frontiers in Evolutionary Neuroscience jurnalında çapa hazırlanır. Science NOW portalı isə onun əsas xülasələrini verir.
1955-ci ildə Eynşteynin ölümündən sonra patoloji anatom Tomas Harvey tərəfindən onun beyni kəllə sümüyündən çıxarılmışdır. O, mikroskopik tədqiqatlar üçün yararlı olan 240 beyin kəsintisi aparmışdır. Keçən illər ərzində bir neçə mütəxəssis qrupu bu kəsintiləri tədqiq etsə də, heç bir mühüm nəticə əldə olunmamışdır. Böyük fizikin beyininin ən qeyri-adi səciyyəsi onun kütləsi, yəni 1230 qr çəkisi hesab olunmuşdur. Bu isə normanın ən aşağı həddinə yaxındır. Hal-hazırda Eynşteynin beyin nümunəsi saxlanılmamış, lakin onun şəkilləri qalmışdır. Yeni tədqiqatın müəllifi Florida ştatı Universitetindən olan xanım antropoloq Din Falk şəkilləri analiz etmiş və onları tədqiq edən zaman aldığı nəticələri "adi" adamların beyininin xarakteristikası ilə tutuşdurmuşdur.
Falk bu nəticəyə gəlmişdir ki, Eynşteynin beyninin əmgək hissəsi orta statistik ölçüdən kifayət qədər yüksəkdir (bu, əvvəlki işlərin birində də müşahidə edilmişdir). Bundan başqa, Falk müəyyən etmişdir ki, fizikdə sol əlin hərəkətinə nəzarət edən beynin fizioloji qabığının müəyyən strukturları daha çox inkişaf etmişdir. Bunu adətən musiqi istedadı ilə əlaqəlndirirlər (Eynşteyn uşaqlıqda skripkada ifa etmişdir). Falk tərəfindən üzə çıxardılmış üçüncü səciyyəvi cəhət beyin yarımkürələrinin gicgah nahiyəsindəki qırışıqların qeyri-adi şəkildə olmasıdır.