Albinos olmaq
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:49 18 dekabr 2015 tarixində əlavə olunmuşdur

Dərimiz, saçımız, kirpiklərimiz, bədənimiz-ağappaqdır. Bəzən cəmiyyətdə qəbul olunmuruq. Bizə xəstə münasibəti göstərirlər. Axı albinizm qripdən də təhlükəsizdir. Bizim “xəstəliyimiz” toxunmaqla, təmasa keçməklə yayılanlardan deyil. Sadəcə boya maddəsinin yoxluğundan qaynaqlanan genetikə sahibik.

Həddindən artıq azsaylı olsaq da dünyada ən çox təzyiqlərə məruz qalan insanlarıq. Cahil insanların düşüncə tərzlərinə görə bədən üzvlərimizdən uğur talismanı kimi istifadə edilməlidir. Cadugərlər savadsız və batil inanclı adamları bu iddia ilə yoldan çıxarırlar. Zəngin olmaq, qismətini açmaq, sağlamlığına qovuşmaq üçün bizim əllərimizdən, ayaqlarımızdan, dərilərimizdən xüsusi maye düzəldirlər.

Afrikada albinos olmaq qorxulu filmdə baş rol oyunçusu olmaq deməkdir. Burada hələ də batil inanclar öz etibarlılığını qorumaqdadır. Tanzaniya bizim cəhənnəmimizdir. Pul müqabilində ovlanırıq. Yerli xalq biz albinosların şans gətirdiklərinə inandıqları üçün bədənimizi parçalayaraq satırlar. Bəzi bölgələrdə albinos körpələr doğulan kimi öldürülür. Məruz qaldığımız digər şiddət-təcavüzdür. Çünki Afrikada albinoslarla cinsi əlaqəyə girməyin QİÇŞ xəstəliyinin müalicə etdiyinə inanırlar. Xalq arasında biz bəzən “insan olmayan”, bəzən də “tanrı lənəti” kimi qiymətləndirilib məktəblərə qəbul olunmuruq. Cinayət qurbanından savayı diskriminasiya ilə üzləşirik. Gün işığına həssas dərimizə rəğmən açıq havada işləməyə məcbur edildiyimizdən dəri xərçənginə yoluxuruq

-Məktəbdən evə qayıdarkən 2 nəfər mənə hücum etdi. Sol əlimi kəsdilər. Onları bir daha görmədim.

-Gecə idi. Ərim və dostları bıçaqla hücum çəkdilər. Qızımın gözü qarşısında atası qanlı əlimi apardı.

Qərbdə 20.000-dən bir insan albinos kimi doğulur. Afrikada ölü albinosların qəbri dağıdılır, onları bədən üzvləri kəsilərək götürülür.

Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0286 saniye