Aldanma, türküm..
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 20:46 01 aprel 2014 tarixində əlavə olunmuşdur


Salam, türküm.

Necə gedir döyüş? Düşmənin dizini vura bildin mi yerə? Qurdlarımdan neçəsi şəhid oldu bu gün səngərlərdə? Neçə televiziya yalandan “atəşkəs pozuldu. Və düşmən tərəf cavab atəşi ilə susduruldu” dedi? Neçəsinin düz söz deməyə dili gəldi? Neçə erməni alçağı  torpağımızda at oynadır? Neynirsiz indi? Yəqin ki, almısınız əlinizə beldən, kürəkdən gedirsiniz düşməni öldürməyə. Hə, elə deyil? Yoxsa baxırsınız ki, görən o gün “tutduğum” o qız mənə zəng edəcək? Ya da hə.... Bildim bildim. İndi oturub yenə  rus əclaflarının sifarişlə tutduğu torpaqlara baxırsınız.
Ay yazıq, aç da gözlərivi. Qurban sənə, söydürmə də özünü.
Yaman cəncələ düşmüsünüz , ha.

Yox, mənim işim sizi tənqid etməkdə deyil. Təhqir də deyil indiki arzum. İndiki arzum sizi bilgiləndirməkdi. Hansı ki, bu fikirlərimə görə məni təcrid etməyə çalışırlar. Ya da öz doğrularını beynimə soxmağa çalışırlar.

Sizə bu gün danışacağım şey siyasi diskurslardır.

Gəlin ilk öncə bir siyasi diskurslar (nitq) haqqında danışaq. Siyasi diskurslar yaman yayılıb. Hər gələn bir söz atır ortalığa. Sonra da başlayır dənləməyə.

İndi isə o diskurslardan daha çox dövlət başçıları, siyasi xadimlər və toplumda sözü gedən şəxslər istifadə edir. Hansı ki bunlar işlədilmiş böyük bir fənddir. Xalqın gözünü bağlamaq və özünə inam yaratmaq üçün bunlardan xeyli istifadə edir. Sizə bu barədə bir sadə, bir mürəkkəb misal çəkəcəm.

Tutalım ki, seçkilərə az qalıb. Və hansısa ölkənin dövlət başçısı xalq qarşısında çıxış edir. Orada belə bir söz işlədir : “ Mən hakimiyyətdə olduğum müddətcə torpaqlarımızdan bir qarış itirməyəcəyik”.

Bu an xalqın nəzərində o başçı olur “mələk”.

Səhəri gün hansısa qəzetdə belə bir başlıqla bir məqalə dərc olunub. Hansısa “yekəbaş” jurnalist tərəfindən.

Başçı dedi ki, “ Mən hakimiyyətdə olduğum müddətcə torpaqlarımızdan bir qarış itirməyəcəyik”.
Bu söz nə deməkdi?
O deməkdir ki, “ Mən hakimiyyətdə olduğum müddətcə torpaqlarımızdan bir qarış itirməyəcəyik , daha çox itirəcəyik. “

Cümlədəki dərin fikrə baxın bir. Heç düşünmüşdünüz ki, belə humanist bir cümlənin altında belə söz yatır?
Yəqin ki yox.


İndisə mürəkkəb bir misal çəkim. “Millətçilik”
Bu heç də pis bir şey deyil. Çox gözəl bir şeydi. Millət sevgisi, vətən sevgisi.. Şəxsən mən canım qədər sevirəm millətimi. Amma çoxları avropapərəst dedi. Anladım əslində. Çünki onlardan sözün mənşəyini anlamayıblar.

İndi gəlin sizə siyasi mənasını açım bu sözüm. Tutaq ki, sən hansısa məqalədən millətçilikdən xeyli gözəl danışmısan. Çox maraqlı ifadələrlə, səmimiliklə. Amma çox səmimilik səhv başa düşülür. Bəziləri hətta səhv başa düşmür, hətta başa da çıxır. Anlada bildim də yəqin?

Bu məqalə dərgiyə veriləndən sonra müdiriyyətdən belə bir söz gəlir. “Sən faşistsən”
Sənsə, “ Sən ölənlərinin canı yaxşı. Faşist nədi? Mən millətçiyəm. Millətimi sevirəm. Bla bla bla...”

Onlarınsa cavabı xeyli məntiqli və hiyləgər olur. “ Millətçi o deməkdi ki, sən öz millətindən qeyri bir milləti sevə bilməzsən. Hitler kimi. Böyük bir soyqırım törədərsən öz millətinin mənafeyindən ötrü. Bu isə heç humanist deyil. Axı biz insanpərvər xalqıq. Flan flan flan”




İndi anladınız? Yox, canım, anlamadınız. Məni anladılar, amma səhv anladılar.

Bir sözüm daha var. MƏN MİLLƏTİMİN NÜMAYƏNDƏSİNİ ÖLDÜRMƏRƏM! O, nə qələt etsə də, arxasında durmağa çalışaram. Yox, təbii ki, rusları, ingilisləri, erməniləri özünə sığınacaq bilənləri yox. Bilirsiniz niyə?
Çünki özgə zibili dadlı olur. Nəysə...

Bu da mənim yazım. Həqiqətləri çatdırmağa çalışmışam. HƏQİQƏT`ləri.

Ne mutlu, türküm diyene.
J

Müəllif: Xuraman
© Bermud Production


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0322 saniye