Alın yazısını dəyişmək olmur
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 19:20 24 avqust 2017 tarixində əlavə olunmuşdur

Bu dünya fırlanır, durmayır daha,
Dünənimiz ucuzdur, sabahımız baha,
Köhlən bir at kimi qalxsaq da şaha,
Alın yazısını dəyişmək olmur

Öncədən yazılıb kimsən, nəçisən,
Ya zəngin bir tüccar, ya çəkməçisən,
Dadacaqsan ölümü tezi, geci sən,
Alın yazısını dəyişmək olmur

Səhərin günəşi, gecənin ayı,
Bilinmir göylərdə ulduzun sayı,
Qışa tab etməsən görməzsən yayı,
Alın yazısını dəyişmək olmur

Dünəni, bu günü, sabahı unut,
İki rükət namaz qıl, səsləndir qunut,
Allah Quran ilə gətirib sübut,
Alın yazısını dəyişmək olmur

Bu dünya malına, gəl salma meyil,
Bir tək üzü qibləyə səcdəylə əyil,
Kəfənin ciblisi tikilən deyil,
Alın yazısını dəyişmək olmur

Hər bir kəs yolunu vuracaq başa,
Sənin də qılıncın dəyəcək daşa,
Sabahı düşünmə, bu günlə yaşa,
Alın yazısını dəyişmək olmur.

09.08.2017

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0273 saniye