Alisa
cəmilə tərəfindən "Hekayə" bolməsinə 17:48 16 iyun 2014 tarixində əlavə olunmuşdur

Susmaq.Otaqda hiss etdiyim tək qoxu sonuncu dəfə çəkdiyim siqaretimə aiddir.Şopen yenə ağladır notları.Bu adamın düşüncələri həmişə əzab verir musiqiyə.Elə bil ki hərşey onu da mənim kimi bədbəxt etmək üçün yaranıb.İllər əvvəl yaşadıqlarının əzabını bizə niyə çəkdirir görəsən?Nə istəyir qəlbimizdən?!Susuram.

Otaqda gələn qoxu dəyişir.Biraz bənövşə biraz yasəmən.Qarışdırmışam deyəsən yenə.Çiçək ətrinə bənzəyir.Yox amma bu onun..Bu onun.Bu onun.Dəfələrlə təkrar edirəm eyni sözləri.Yataqdan qalxmağa cəhd edirəm.Nə vardı bu qədər içəcək Kamran?!Lənət olsun.Başım hərlənir.Deyəsən yenə o axmaq mənə saxta içkiləri soxuşdurub.Bilirdim belə olacağını.Nisyə içki içəndə sonum belə olacaqdı.İşdən qovulduğuma sadəcə o tükana girib, o zamanı keçmiş içkiləri alanda peşman oluram.Mövzu bu deyildi hardan gəldim bura?!

Hə qoxu deyirdim.Bu evdən içki və siqaretdən başqa nə iyi gələ bilərdi axı.İylənmiş paltarlarım belə qoxumazdı hərhalda.Çox arsızsan Kamran.!Aynada özümü gördüm.Və irkildim.Aman Allahım!Mən necə qocalmışam.Mənim dayan görüm, mənim 47 yaşım var.Yaşıdlarım mənim kimi qırışıblar mı görəsən?!Hələ bu üzümün solqunluğu.Nə hala gəlmişəm ilahi?!Yox yox bu mən deyiləm yəqin.Ama yox, bu qaş, bu göz, bu burun.Gəncliyim.Hanı axı o?!Necə keçdi gəncliyim pivəxanalarda?!Dəhşətdir bu.Mən yox olmuşam.Gənclik rəsmlərimi axtardım.Gözlərim doldu.Ev nə halda idi.İllərdir bu evə qadın əli dəymirdi.Yazıq anam son nəfəsinə qədər qulluq etdi mənə.Atasız böyüdülmüş digər uşaqlar kimi ərköyün idim.Evin pulunu qazanmaq çətin idi əlbəttə.Bəli, mən kişi idim.Və bu normal idi.Vaxtımdan tez böyümüşdüm.Oyuncaq?!İndi bir parkda otura bilmirəm mən.Əgər dünən içib o skamyada yuxuya getdiyimi nəzərə almasaq.Bərbad vəziyyətdəuyəm.Nə qazanmışam ki həyatdan.Lənətə gəlmiş bir diplom.Və sayını unutduğum qadınlar,içki və siqaret.İlahi?!Mən bu hala necə gəlmişdim.Dağınıq bir beyin, boş bir cib və adını belə xatırlamaqda çətinlik çəkən mən.İyrənc həyatın fəlakətli dəqiqələri.Məgər necə gözəlmiş həyat.Və mən öz əllərimlə məhv etdim.

Qoxu gələn tərəfə getdim.Mən, mən cənnətə düşmüşdüm yoxsa.Neçə saatdır yatdığımı bilmirəm.Görəsən ölmüşəm də bilmirəm.Yox, yox mən kimi iblisi Allah niyə cənnətə salsın ki.Bəlkə əvvəl cənnəti görüb sonra cəhənnəmə gedəcəkdim.Səfeh səfeh danışma Kamran.Nə cənnəti, nə cəhənnəmi?!Bura sənin evindir.Bəs hurilər hanı?!Yox, yox mən hurimi istəyirəm qardaş.Gicləyirsən yenə Kamran!Bəs bu ev niyə bu haldadır.Hər tərəfdən gül qoxuları gəlir.Orda yemək var?!Ən son yeməyi anamın ölümü günü yemişdim.Onu da sırf anamı xatırlayıb ağlayım deyə yemişdim.Boyat bir yemək yedim və səhəri gözümü zəhərlənmiş olaraq xəstəxanada açdım.Hərkəs intihar etdiyimi sandı.Mən kimi qorxaq?!

Əgər ölmüşəmsə bəs anam hanı?!Heç olmasa bura gəlmişkən anamı görərdim.Ondan xərclədiyim pensiyasına görə halallıq alardım.Həm anam buraxmaz məni yəqin.Axma Kamran!

Mətbəxə tərəf keçdim.Hər tərəf təmizlənmişdi.Və mən dəhşət içindəydim.Nə olurdu bu evdə?!İlahi, bu o qızdır.Ocağın yanında 10-12 yaşlarında kiçik bir qız dayanmışdıBoyu çatmadığı üçün ayağını altına kiçik bir stol qoymuşdu.

-Sən, kimsən?

-Məncə məni tanıdınız cavan oğlan

-Mən sənin atan yaşındayam deyə gülümsədim

-Lap yaxşı.Onda kömək edin yeməyi içəri aparım.Yemək deyə anlatdığı yumurta çörək idi.Anası həmişə gözəl bişirərmiş.

-Otaqdakı gülləri hardan almısan?

-Anamın məzarının yanında bir məzarın üstündən götürdüm.

-Sən, necə bir varlıqsan?!

-Bunu kompliment olaraq qəbul edirəm

Elə o gündən o balacayla bir yaşamağa başladım.O mənim ev işlərimi görərdi.Mənsə evə çörək qazanardım.Tezliklə onu məktəbə qoydum.Adı Alisa olan bu qız Rusiyadan sürgün edilmiş bir ailənin qızıydı.Atasını tanımırdı.Anası isə rəhmətə gedib.Və o küçələrdə yaşamağa başladı.Sonuncu gecə çox içkiliydim.Deyəsən o da üşüyürmüş.Onu qucaqlayıb yatmışam.İçkili olduğum üçün heçnə xatırlamıram.Məni qucaqlayıb yatdıqda atası qədər doğma gəlmişdim ona.Səhər onu görüb əvvəl qorxdumsa da sonra üzündən öpüb oyandırmadan ordan getdim.Çünki özümə belə baxa bilmirdim.Sonuncu pulumu da cibinə sıxışdırıb getdim.O isə oyaq imiş.Məni izləyib.Evə gəlib içib sızmışdım.Biraz məni izləyib və qərar alıb ki həyatıma yerləşsin.

-Qızım, yorulmadın?

-Yox, ata.Hərkəs səndən danışırdı məzuniyyət gecəsində.

-Nə danışırdılar?

-Deyirlər ki çox gözəl rəqs edir.Və şorgözdür

-Hə sonuncu dəfə müdirlə rəqs edirdim deyib gülümsədim.

-Mənim kimi heçkəsi qucaqlamağına icazə vermirəm, cavan oğlan deyib boynuma sarıldı.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+18=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0216 saniye