Alışqanlığım
cəmilə tərəfindən "Hekayə" bolməsinə 21:24 14 may 2014 tarixində əlavə olunmuşdur

Üzərini ört gecələri.Bilirəm üşüyərsən sən.Heç bir oyanmadıq bir səhərə.Amma bu sənə elə gəlir can.Sən elə düşün yenə də.Mən hər səhər sənin qoxunla oyanmışam.Yeməklərinə fikir ver.Əsəbləşmə çox.Hər zaman özünü düşün.Səninlə dinlədiyimiz musiqini də sil getsin.Ağlama heçvaxt.Gözyaşına dayana bilmərəm.Çox sıxılsa ürəyin,mənə zəng et.Sİqaret çəkmə dedim axı sənə.Eşitdim ki o gün ağrıyıb ciyrələrin.Şeirləri göndərəcəm hərgün.Narahat olma yenə səndən yazıram.Özgə olmayacaq sənə misralarım.Ətrin qalıb ovucumda.Qıya da bilmirəm əllərimi yumağa.Öpüşün də ruhumda.Yağışda islansan tez dəyiş paltarını.Əyinini qalın geyin.Soyuyub havalar.Xəstələndiyini hiss etsən çağır gəlim baxım sənə.Yox sən vecimə də deyilsən.Sadəcə alışqanlıq...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0284 saniye