ALLAH
Yaradan da öldürən də Allah
Həyat bu taleyinə qarşı bir ah
Gün gələr qəlbində tapar
Qarşısı alınmaz bir günah
Allahın kəlamı bizdə dillərdə
Guya iman edirik ancaq sözlərdə
Deyir mənə ay səni kafir, məlun
Yanacaqsan atəşdə, bizlərsə cənnətdə
İslam deyirik tək bir ümmət harada
Inaniriq, qəlblərin siması harada
Əməl edirik, bəs qayəmiz harada
Sözlər danışırıq, hikmətimiz harada
Allahın yolu eşq yoludur
Şeytanın tələləriəlbətki çoxdur
Qəlbin Rəbbinə açıqsa
Allahdan başqasına yer yoxdur
Bu yolu sevirsense dost sən də gəl
Qorxma etdiklərin getmiyib hədər
Payızda tökülən yarpaqtək günah
Qəlbində şəksiz imana yer seçər
Hər yerde Allahın sifətləri var
Axmaq insan gördüyünə inanar
Zəkalı isə baxdıqca ruhuna dalar
Hər kəs ölər geridə sözləri qalar
Mövlaya aşiq biri ona bənzər
Eşq odunda yanar, yenə sevər
Mane olmaz ona çarmıx, nə tikan
Yalnız eşq yolu bu, deyib dözər !!!
Sufi…