Xəstələnən zaman dərman atmayıb, Allah istəsə məni sağaldar deyən insanları başa düşmürəm. Doğrudan da dində geridə qalmışlıqdır.
Bu haqda müəllimimin dediyi sözlərlə qısa bir misal çəkmək istərdim...
Bir nəfər dənizdə boğulur və Allahdan kömək istəyir:
-Tanrım məni xilas et
Elə bu zaman yaxınlıqdan böyük bir gəmi keçir. Gəmidəkilər kömək etmək istəsə də insan deyir:
-Xeyr, Tanrı məni xilas edər.
Eyni qaydada ikinci dəfə yekə bir gəmi buralardan keçir. Bu gəmi də insana kömək etmək istəsə də insan deyir:
-Tanrı məni xilas edər.
Bu gəmidən sonra insan ölər və digər dünyada Allahdan soruşar:
-Tanrı mən səndən kömək istəmişdim, nə üçün xilas etmədin məni.
Bu zaman Tanrı deyər:
-Mən sənə iki böyük gəmi göndərdim, ay insan.