Allahım sən onu taleyimə yaz
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 12:44 06 iyul 2016 tarixində əlavə olunmuşdur

Dünyamdı,sevgimdi,hər şeyimdi o
Ən yaxın sirdaşım, yoldaşımdı o
Qəlbimin sahibi, baş tacımdı o
Allahım, sən onu taleyimə yaz

Onsuz keçən anımın dəyəri nədir?
Nədir tənha yaşamaq? Sevilmək nədir?
Sevmirəm deyir , çox qəribədir
Allahım sən onu taleyimə yaz

Bəzən dalaşırıq, bəzən küsürük
Qəlb qırılası sözlər hərdən deyirik
Bəzənsə mənasız, səssiz gülürük
Allahım sən onu taleyimə yaz.

Tənha ürəyimin sahibi bildim
Mən onu anlıq yox ömürlük sevdim
Qəlbimdən nifrəti, kədəri sildim.
Allahim sən onu taleyimə yaz

Görənlər desinki göz oxşayırlar
Onlar bir biri üçün nəğmə qoşurlar
Baxın bir bunlara necə yaraşırlar
Allahım sən onu taleyimə yaz

Əl açıb sənə xoşbəxtlik dedim
Səndən heç nə yox onu istədim
Əlacsız, çarəsiz insafsız sevdim
Allahim sən onu taleyimə yaz


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0357 saniye