Allahıma məktubum.
cəmilə tərəfindən "Esse" bolməsinə 15:28 25 may 2014 tarixində əlavə olunmuşdur

Allahım, əvvəla onu deyim ki sənə olan sevgim çox dərinlərdədi.İnsanlar o qədər kirli olur ki bəzən onlara bunu göstərmirəm.Sənə inanıram və qorxmaq yerinə sənə hörmət edirəm.Bu necə olur bilmirəm ama səni görməsəm də hiss edirəm.Və sırf kimlərinsə deməsiylə,dini kitablarla,məscidlərlə bağlı deyil.Sadəcə bilirəm ki bu qədər mükəmməliyi yanlız ilahi qüvvə belə edə bilər.Varlığın məni rahatlaşdırmır düzünü desəm.Çünki hərdən qorxuya düşürəm.

Bugün sadəcə səninlə danışmaq istədim.Onlara anlada bilmədiklərimi sənə demək istədim.Mən namaz qılmıram,heç bir dua dabilmirəm,məscidə getmirəm və oruc tutmuram.Amma deyirlər ki sən məni bunlara görə kafir adlandıracaqsan.Əgər səni sevirəmsə bunları etməliyəm.Axı onlar düşünümürlərki mən bunları etsəm əksinə səndən uzaqlaşacam.Ya da öz kimliyimdən.Saxta bir ruh girəcək içimə.Və öz inanmadıqlarıma ətrafdakıları inandırmaq istəyəcəm.Hərşeyi özümə qadağa biləcəm.Ən kiçik işdə belə özümü günahlandıracam.Cənnətə getmək bu qədər vacibdir mi yəni?Sən həqiqətən bu qədər ədalətsiz deyilsən məncə.Mən namaz qılaraq özümü qurtardım deyək.Bəs digər insanlar.Mən istəyirəm ki sadəcə özümü düşünmüyəm.Əgər mənə görə ən xırda şeylər belə günahdırsa.

Allahım,bilmirəm necə düşünürsən haqqımda.Mənim cənnətimi yaratmısan bu dünyada.Dostlarım,ailəm,mühitim.Bir sözlə cənnəti yaşadırsan mənə.Əgər cəhənnəmə düşəcəksəm deyərəm ki olsun.Mən sırf cənnətə getmək üçün dua etmək istəmirəm sənə.Öz qəlbimdəki arzuları yerinə yetirdikcə bağlanıram sənə.Çünki onda daha çox hiss edirəm səni.Daha çox bağlanıram.Çətinliklər görürəm həyatda.Onda sığınıram sənə.Qısacası desəm mən digər insanlardan fərqliyəm biraz.Bağışla Allahım,ona görə yox ki dediklərini yerinə yetirmirəm.Sadəcə ona görə ki sadəcə səni sevdiyim üçün bağışla.Səni sevib sənə qovuşmaq üçün can atmadığm üçün bağışla.Etmədiyim dualarım üçün yox etdiyim səhvlərimə görə bağışla.

Zaman gələcək və sənə sübut edəcəm ki sevirəm səni.Yenə də heçnə demirəm Allahım.Sən insanları islah et.Sən onları da qoru.Bu məktub da aramızda qalsın deyəcəm ama sənin bildiyini quldan necə gizlədim?


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0323 saniye