Əllər alışıb səs sala boşdan-boşa, alqış.
Hər bir sözə: həm alqışa, həm qarğışa alqış.
Bu səs ilə çəkdik qulağa, həm gözə pərdə,
Dəydi başımız hər günü daşdan-daşa, alqış.
Yalan şirin olub ürəyi oxşayan anda,
Sellər sayağı az qalır coşub-daşa alqış.
Bu söz dəyişibdir daha öz mənasın indi,
Yaltaqlıq ilə çək onu daim qoşa, alqış.
Vardır bu səs üçün nə qədər xəstə yatanlar,
Sən onlara xatir hələlik çox yaşa, alqış.