Alt çənə
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 22:15 26 aprel 2018 tarixində əlavə olunmuşdur

                                                                    Alt çənə

Günəşin işığı gözü qamaşdırırdı. Həmişəki kimi yay istisi adamın tərini axıdırdı. Lakin tayfadan ayrılan iki nəfər bu təbiətin bir hissəsi sayılan mağarada dalaşırdılar. Maralın dərisindən düzəlmiş qəribə paltarda, saçında toz-torpaq, bəlkə aylarla suya girməmiş qadın ona oxşar, ancaq daha kiçik boylunu mağaranın divarlarına çırpırdı. Onların savaşının səbəbi nəmalum məsələ kimi hələ uzun zamanlar qalacaq.  Kiçik boylunun hardasa 20  yaşı olardı. O, onun üstünə sanki meymunun səsinə bənzər bağırırdı. Axır ki onu yerə salıb mağaranın daşla örtülmüş divarlarında qurtuldu. Lakin hündür boylu ayağa qalxıb onu kötü baxışla süzdü. Onun vəhşi gözləri insanı içərdən deşirdi. O, qəribə səslər çıxarıb qışqırmağa başladı. Sanki düşməninə bu bağırtı ilə nə isə çatırırdı. Kiçik boylu üzünə düşən kirli, bir-birinə qarışmış saçlarını bir qırağa çəkdi. İnanın əgər mən saçda hər hansı bir həşəratın yaşadığını görsəm təəccüblənmərəm. Axır ki hündür boylu qarşısındakını itələməklə onların uzun sürən bağışları bitdi. Kiçik boylu yerə sərilən kimi yazıq ifadə aldı. Onun üzündə əks edilmiş bu qorxu o birisini heç narahat etmirdi. Hündür boylu  təsadüfən dizlərini onun qollarına sıxıb oturdu. Belində olan kəmər, əgər ona kəmər demək olarsa, sadəcə belinə bağlanmış ipdə sallanan çaxmaqdaşını əlinə aldı. Yerdə sərinən qadın başını ora bura fırladıb bağırmağa başladı. Anlayırdı ki, hal-hazırda qurtula bilməsə əzabı dərindən çox pis halda dözəcək. Axır ki, onun qollarını sıxan qadın əllərini göyə qaldırdı. Çox ağır bir zərbə endirdi.  Onun qışqırır səsi isə zəif xırıltı ilə əvəzləndi. İkinci bir zərbə. Üçüncü…dördüncü…beşinci... Sonuncu zərbədən sonra onun başı cansız şəkildə ora bura yelləndi. Hündür boylu bağırtı səsini eşitməyib əllini göydə saxladı. Əyilib ona baxdı. Bir-iki dəfə bağırdı. Deyəsən onu səsliyirdi.  Sonra kəllə sümüyünün sınmış hissəsini silkələdi. Çirkli barmağını onun sifətində ki, qırmızı mayeyə sürtüb, dili ilə yaladı. Tez bir zamanda gözünü turşutdu. Diqqətlə qırmızı mayenin sürətlə axan yerini izlədi. Anladı ki heç bir yenilik baş vermir, durub küncdə iri ətin tikəsini vəhşi tərzdə ağzına aldı. Elə xəsisliklə və acgözlüklə yeyirdi ki, hətta boğazında qaldı. Bu da öskürməyə səbəb oldu. Axır ki, özünə gəlib yeməyini eyni tərzdə çeynəməyə davam etdi...
       Ağ ay göydə sallanırdı. Mağaranın tozla örtülmüş döşəməsi  qurumuş qırmızı mayeyə bürünmüşdü. Birdə gördün necə mağaranın içinə iri, boz rəngdə canavar girdi. Əyilib qadını iylədi. Sonra ağzını ayırıb iri bir dişlək aldı. Səhərsi gün milçəklər mağaraya dolub, dövrə vururdular. Günlər keçdikcə bu mübarizə gedən ərazidə məğlub olan tərəfin sümükləri, içalatı ilə qalmışdı. İllər bir-birini ötə-ötə orada artıq sümüklər səpələnmişdir. Azıx mağaranın yanından yeni bir tayfa keçirdi. Sümüklərinin bəzisini əllərinə alıb oynadırdılar. Sonra kəmərlərinə saldılar. Biri əlinə çənənin alt hissəsini götürdü. Ona diqqətlə baxıb, uzağı bir küncə tulladı…

                                                                   ***

-Bu nədir? Və haradandır?-Deyə şahadət barmağını qaldırıb şəkili göstərdi.

-Ser, bu təhminən 20 yaşlı qadının alt çənəsidir. Azərbaycanda yerləşən Azıx mağarasında tapılıb.

-Çox gözəl mən heç gözləməzdim ki, Azərbaycanda ibtidai insanlar məskunlaşmışdılar.

-Əslində aparılmış tədqiqatlara əsasən belə nəticəyə gəldim ki, ora da ən qədim zamanlardan yaşayırlar.

-Mən bir həftədən sonra ora yollanacam. İndi isə mənim beynimdə bu ölkə barədə yeni fikirlər var. Hə, yaxşı, gedə bilərsən.-Deyə əllinə qələmi aldı.

-Ser, siz heç vaxt maraqlanmamısız, görəsən bütün bu sümüklər bizim dövrümüzü necə gəlib çatıb. Ya da bu sümüklərin sahibləri nələrdən keçiblər?-Deyə başını aşağı salıb, yazı yazan kişiyə diqqətlə baxdı. Ölü bir sükut hər yeri aldı. Yalnız vərəyin cırıltı səsi gəlir.

-Nə? Nə dedin?-Deyə başını qaldırır.

-Yox, heç nə…Heç nə demədim.   

                                                                                                           Əlişli Çinarə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+30=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0325 saniye