Altun şəhərin göz yaşları
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 18:57 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Arxamda ağlayan bir şəhər qaldı.Kənardan bəxtəvər görünən bu şəhər düşündüyümdən daha çarəsiz,daha bədbəxt gündə idi.Daha doğrusu,bədbəxt hala salınmışdı.Yorgun idi, bu əzəmətli şəhər.Çox yormuşdular, həm də, lap çox.O qədər müsibətlərə,o qədər vəhşətə şahidlik etmişdi ki,bu qoca şəhər...

“Daşı,torpağı altundur”dedikləri,bu şəhərin yükü dərdindən,dərdi özündən böyük olmağa başlayıb.Yəqin ki,təxmin etdiniz söhbət hansı şəhərdən gedir?Bəli,bəli qoca Şərqin Qərbə doğru açılan möhtəşəm qapısı,Asiyanı Avropa ilə qucaqlaşdıran,yeddi əzəmətli təpə üzərində inşa edilən-İstanbul...

Hər cür insan var,bu qarmaqarışıq şəhərdə.Gündüzləri səs-küylü,gecələri olaylarla zəngindir İstanbulun.Yaşamaq üçün,ayaqda qalmaq üçün,hədəflərə çatmaq üçün bütün yollara baş vurulur burada.Gecə düşərkən əxlaq polisindən yayınaraq dar küçələrdə daldalanıb müştəri axtaran ucuz fahişələr,yaşları 16-ya yenicə basmış,əllərində bıçaqla gəzib dolanan,yeni qurbanlarının izində olan uşaqlar,küçələri özləri üçün məkan edən içki düşkünləri,fasiləsiz işləyən baqqal dükanlarına qənim kəsilən kiçik quldur dəstələri, əsrar və tiryək satıcılığına cəlb olunan məktəb yaşlı kimsəsiz cocuklar və daha nələr,nələr...

Hər nə desən var,bu qoca şəhərdə.Haqsızlıqlarını, acizliklərini,qəbahətlərini gizlədib bütün günahları “Ah,bu amansız İstanbul” deyənlərin çirkin iftiralarını daşımaqdadır, bu gözləri nəmli şəhər.Yaşlıları ötən günlərin həsrətində, gəncləri gələcək günlərin ümidsizliyinə qapılır bəzən. Səmadan baxarkən,o qədər möhtəşəm,o qədər al-əlvan mənzərəsi var ki,köksünə enmək üçün səbirsizliklə təyyarənin eniş etməyini gözləyirsən.Saf və fağır adamlar üçün deyil,bu şəhər...

Ağlayan bir şəhər qaldı arxamda.Onu çox gözəl anlayır,nələr çəkdiyini bilirəm.Ağıl almayacaq xislətə sahib tiplər var,bu altun dedikləri şəhərdə.Kədərli üzləri gülən gözlülərindən min dəfə çoxdur.Nə gecələri yuxuya gedə bilir,nə gündüzləri dincələ bilir,bu qəmgin şəhər.Böyük şirkətlərin yanında dayanmış boynu bükük smit satanlar,zəngin villaların həndəvərində ayyaqabı boyamaq üçün müştəri çağıran əli və üzü boyalı uşaqlar,bu möhtəşəm şəhərin simgəsidir.Dili-ağızı olmasa da,onu anlayanlara dərdini səssizliyi ilə çox gözəl anlada bilir.Yetər ki,onun səssizliyinin səsinə qulaq verəsən.Altun şəhərin qucağında bir qarın çörəyə həsrət minlərlə Adəm övladı dolaşmaqdadır. Altun şəhər iztirablarını nə qədər gizlətsə də,səssiz axan göz yaşlarının fərqində deyil.Dərdli-dərdlinin halından yaxşı anlar.Mən,bu altun şəhərin dərdlərini diqqətlə dinlədim.Bitib-tükənməyən kədər dənizinə qərq olmuş bir yer,buna rəğmən qürurla ayaqda duran bir məkan və qoynuna sığındırdığı milyonların yüknü çəkən qəhrəman bir şəhər...

Arxamda ağlayan bir şəhər vardı.Gözlərindəki yaşları Bosforun dərinliklərinə axıdaraq səssiz ağlayan bir şəhər. Altun şəhər göz yaşları ilə,daha bir qonağını səssizcə yolçu edirdi...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+25=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0443 saniye