Amansızlar
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:38 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

Qəlbini kin-nifrət bağlamış məxluqlarda rəhm hissi olmur.Buna görə də,belə varlıqlara amansızlar deyirlər.Bu qəbildən olanların əməllərini sözlə ifadə etmək çox çətindir.Qocaların təqaüdünü döyə-döyə əllərindən alanlar,kimsəsiz uşaqları şikəst edib dilənçiliyə məhkum edənlər,sahibsizlərə işgəncə verərək əzalarını orqan bazarına çıxaranlar,gücsüzləri rəhm etmədən əzənlər amansızlıq məktəbinin “müdavimləri”dir.Amansızlar üçün məzlumların axan göz yaşları “ilham mənbəyi”dir.İqtidar hərisliyi,hüdudsuz sərvət ehtirası,sonsuz güclü olmaq istəyi amansızların ən ümdə arzuladığı nəsnələrdir.Onlara görə,gücsüzlərin dizini yerə gətirmək,qarşısındakı çarəsizləri sındırmaq həyatda güclü qalmağın yeganə yoludur.Allahdan uzaq,şeytana yaxın olan,bu cür xislət sahibləri üçün acımamaq tək bir yoldur.Amansızlar içlərində Vətənə xəyanət,millətə nifrət hissi ilə yaşayarlar. Onların dar təfəkküründə təkəbbürdən qeyri heç nə yer tutmaz.Həyatın yaşam şərtləri ağırlaşdıqca,haqq-hüquq kölgədə qaldıqca onlar daha da azğınlaşarlar. Amansızlarda döl artırma donuz və gəmiricilərdəki kimi baş verər.Onlardan törəyənlər zaman keçdikcə tam bir baş bəlasına çevrilərlər.Amansızlıq genlə,qanla daha sürətli keçər.Qaygı,şəfqət,sevgi amansızların nəzərində bir vəhşətdir.Yanlarında və yaxınlıqlarında,bu barədə danışmaq onlara fəlakət yaşadacaq qədər acı verər.Amansızların boynu yoğunladıqca azğınlıqları get-gedə artar.Bu xislətli məxluqatların beyinləri həyatın faniliyini idrak etməz.Ölüm döşəyi,həyata son vida nəğməsi onlar üçün mücərrəd fikirlərdir.İnsafsızlığı, imansızlığı,idraksızlığı özündə ehtiva edən amansızlıq,bu dünyadakı xəstəliklərin ən dəhşətlisidir.Allah sevdiklərini,bu xəstəliyin daşıyıcılarından hifz etsin!


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0235 saniye