Amerika filmlərinə xas olan və bizim qeyd edə bildiyimiz 22 maraqlı an.
Afig Huseynov tərəfindən "Digər yazılar" bolməsinə 02:55 10 may 2014 tarixində əlavə olunmuşdur

(ola bilər bəziləri müşahidəmdən kənarda qalmışdır)

1.İşləyib işləməməsindən asılı olmayaraq Nyu Yorkda bahalı mənzillərə çoxları sahib ola bilər.

2.Ekiz qardaşlardan ən azı biri əclafdır.

3.Əgər bir bombanı zərərsizləşdirmək lazımdırsa hansı məftili kəsmək barədə düşünməyin,siz məhz kəsmək istədiyinizi kəsə bilərsiniz.

4.Fərqi yoxdur ki,siz neçə nəfərlə dalaşacaqsınız,əgər siz  döyüş vəziyyətinizi almışsınızsa,onları rahatca  bir bir əzişdirə bilərsiniz,çünki,qalanları səbirlə öz növbələrini gözləyəcək.

5.Siz gecə  işığı söndürüb yatağınıza uzansanız belə,otağın içərisində hər şeyi açıq aydın görmək mümkündür.

6.Əgər siz gözəl zahiri görkəmi olan sarışın bir qızsınızsa,22 yaşınız olsa belə siz nüvə silahı üzrə dünyaca məşhur mütəxəssizsiniz.

7. Ən təmiz və ləyaqətli polis adətən təqaüdə çıxmağına üç gün qalmış cinayətkar(lar)tərəfindən öldürülür.

8.Başqa qalaktikalardan gələnlər qurbanlarını silahla öldürmək əvəzinə 20-25 dəqiqə ərzində  onların qaça biləcəyi yerlərə güclü partlayıcı maddələr düzməklə məşgul olur,yaxud arxalarınca adamyeyən akulalar salir,öldürücü qazlar hazırlayır və sair.Bu müddət ərzində qurbanlar adətən qaçıb canlarını qurtara bilirlər.

9.Yataqda qadını çiyninə qədər,qadının yanında yatan kişini isə belinə qədər açıq göstərən qəribə L şəkilli yorganlar olur.

10.Super marketdən çıxan hər bir qadının sumkasında uzun fransız baton çörəyi olur.

11.Əgər dispeçer məntəqəsində təyyarəni necə idarə etməyi izah edə bilən biri varsa,İstənilən adam təyyarəni yerə sağ salamat endirə bilər.

12.Əgər qadın akvalanqla suya dalsa belə dodağına çəkdiyi boyanın  rəngi getməyəcək.

13.Əgər istənilən döyüş meydanında kimsə səhv etmirsə,ailə üzvlərinin şəklini yoldaşlarına göstərirsə,adətən sag qalır.

14.Əgər siz özünüzü filmdə alman,rus və s. olduğunuzu biruzə verirsinizsə həmin dildə kamil danışmağa gərək yoxdur.Siz həmin dillərdən birində danışan amerikalı ləhcəsi ilə də danışa bilərsiniz.

15.Eyfel qülləsi Parisin istənilən səmtindən görünə bilər.

16.Kişilər ən qəddar sınaqlara çəkildiyi anlar belə səslərini çıxarmırlar,amma qadınlar onların yarasını təmizləyəndə qıvrılaraq zarıyırlar.

17.Əgər siz ekranda boyük bir pəncərə şüşəsi görürsünüzsə deməli bir neçə saniyədən sonra oradan kimin isə mitilini bayıra atacaqlar.

18.Əgər siz düz yolda maşın idarə edirsinizsə,siz hökmən hər bir neçə saniyədən bir rulu sağa sola döndərməlisiniz.

19.Bütün bombalarda vaxtın elektron hesablanması adətən bombanın partlayacağı vaxtı göstərən qırmızı tabloda əks olunur.

20.Dedektiv apardığı işi onun əlindən alındıqdan sonra daha da  müvəffəqiyyətlə sona çatdıra bilir.

21.Polis idarəsi əraziyə göndərdiyi cütlüyü  bir kişi və bir qadın polis olaraq seçir.

22.Xarici  hərbçilər yanlarında amerikalılar olmadıqda belə öz aralarında ingilis dilində danışırlar.


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye