Amma, o uşaq istisna...
Xəyal Mahmudlu tərəfindən "Digər yazılar" bolməsinə 20:41 11 aprel 2014 tarixində əlavə olunmuşdur

Bu yazdıqlarım bir il öncə baş verib və hələ də indiki kimi yadımdadır.

1 iyun 2013-cü il.Həmin gün adətim üzrə kitabımı götürüb evdən çıxdım.Günün istisi adamı yandırırdı, nənələr, nəvələr, valideynlər, avtomobillər, binalar, mağazalar mən yolda irəlilədikcə bir-birini əvəzləyirdi...Gənclik metrosunun yaxınlığında bir dönərçi dayı vardı, tez-tez onun dönərlərindən dadardım.Heyf, yaxşı insan vədə yaxşı dönər hazırlayan birisiydi, sonradan oraları sökdülər.Nəysə, bu gün də dayanıb dayıdan bir dönər hazırlamasını xahiş etdim.Başımız söhbətə qarışmışdı, yenə havadan-sudan danışırdıq.Bu vaxt yaxınlıqdan uşaq qışqırtısı eşitdim.Çevrilib baxdım, bir nənə öz nəvəsini sürükləyə-sürükləyə tozlu yolda aparırdı.Uşağın hardasa üç, ya da dörd yaşı olardı.Nə qədər qışqırsa da nəçarə, yaşlı qadın heç vecinə də almırdı; yəni insan qanından bir parça olan birisinə, hələ-hələ balaca, həyatı anlamayan uşağa bu cür davranar?! Və, ən çox üzüldüyüm bu oldu ki, ətrafdakı hər kəs sadəcə seyr edir, dodağının altında “nənə”ni söyürdülər.Mən də...Bu “mənzərə”ni heç vaxt unutmaram.

Dönəri yeyib bitirdikdən sonra Filaromniya bağına doğru yollandım.Metroda, küçədə hər şey öz qaydasındaydı; standart idi.Bircə o uşaq, və onun vicdandan məhrum nənəsi, onları düşünə-düşünə çatdım Filarmoniya bağına.Digər günlərdən fərqli olaraq bu gün nədənsə adam çoxuydu, xüsusilə valideynlərlə birgə gəzən balaca, şirin uşaqlar.Parka doğru irəlilədikcə yaxınlıqdan musiqi sədaları eşitməyə başladım, deyəsən şənlik idi.Hə, konsert keçirilirdi, doğrusu heç səbəbini anlamadım ilk baxışda və oradakı oturacaqlardan birində əyləşib kitab oxumağa başladım...Kitabı oxuyan vaxt yanımdan nənə və nəvə keçirdi.Amma, üzlərində təbəssümlə, gülümsəyirdilər onlar.Bir anlıq mən də onlara qoşuldum, çox gözəl mənzərəydi bu.Düşündüm, axı niyə bayaq o “nənə” deyilən insan öz balaca parəsini belə sevmir, əzizləmir? Niyə?...Və bilirsiz nə oldu? Həmin yanımdan keçən xoşbəxt nəvənin üzündə yara vardı, yanmışdı üzü.Ancaq xoşbəxt idi o.Bayaqkı uşaq yadıma düşdü, düşündüm axı onun üzündı yara yoxuydu, toppuş, şirin idi, sağlam idi, ancaq o, ancaq o xoşbəxt deyildi...Və birdən konsert gedən yerdən uca səslə deyildi: “Bu gün 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!”.Balacaların günüdür.Amma, o uşaq istisna.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+32=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.024 saniye