“ Adsız-4 “
Bu gün həyat dəftərimin son səhifəsinə
Sənsizliyi yazacam qələmin üstünə
Burax əllərimi gözlərindən
Və mənə …
Danışma onların gerçəkliyindən
Çiyinimdən sənin qoxunun gəlməsi
Əlimdə səndən qalan izlərə baxmaq
Necədir hə ?! Belə yaşamaq…
Dodaqların səhrada buraxdı məni
Sənsizliyin ağrısı öldürdü mənliyimi
Qum təpələri kimi saçların uzanır
Yolların sonunda da yoxluq qayıdır
Xəyallarımdan tutub buludlara qaldırdın
Mələklərin qanad çırpıltısın eşidirdim
Boğulanadək qucaqlayıb özünə sardın
Ruhum birdən üşüdü, ancaq sevginlə isitdin
Və bir gün göyqurşağında əl-ələ gəzirdik
Şərabın bihuçluğudurmu yazdıran, bilmədik
Dərin yağan yağışlar dərindən dərimə hopurdu
Gözlərimi yumsamda, sənsizlik mənim sonumdu
Ayılmayım yenə də, bu gecə biraz da dəli olum
İtmişəm elə bil, hisslərimin adsızlığıdır qorxum
Içəcəm, lakin bu dəfə şəraba özünü süzərsən
Tək içkiylə ruhum birləşsin və mən səndə yox olum ...
Sufi