Ampulda arzular
Narniya tərəfindən "Hekayə" bolməsinə 22:27 30 aprel 2019 tarixində əlavə olunmuşdur

"Ampulda arzular"

Sol əlinin uzun dırnaqlarından bilmişdim gitar çaldığını. Vağzal soyuğundan donmuşdum deyə indi qatar istisinə sevindiyimi allanmış yanaqlarım sanki qışqırırdı. Çox sonralar bilmişdim onun kleptoman (Kleptomaniyanın başqa adı oğurluq xəstəliyidir) olduğunu. Saç sancaqlarımı, qolbaqlarımı oğurlamasını romantikaya bağlayandan çox sonralar. Bu, xırda çırpışdırmalar onunçün şövqdü, ani mənimsəmə istəyiydi, həvəsdi. Mən kimi.
Sonuncu dəfə məni skamyada tək qoyub gedəndən sonra çox peşman olubmuş : Zibil qutusunu təpiklə tolazlamasına, yolunu xəstəxanadan salmasına, o tək bir ampulu qamarlamasına. Getməsəydi, indi vicdanı özünü bu qədər tanıtmağa can atmazdı.
Təzad bilirsənmi nədir ? Ölümə sürükləyə bilən, həm də infarkla qıvrılan birini xilas edən molekul eynidirsə . Ucqar kənd xəstəxanasındakı həmin son ampulda atam bazar günü bizi gəzməyə aparacaqla başlanan sonsuz arzular gizlidirsə və həmin ampul bir kleptoman tərəfindən zibil qutusuna atılıbsa...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye