Hər qız uşağı ana, oğlan uşağı isə ata namizədidir.
Qadın hamilə qaldığında ev şənliyə dönər. Hazırlıqlar, məsuliyyətlər, planlar danışılar. Atanın əli ananın qarınında körpənin təpiklərini eşitmək üçün tətikdə gözləyər və o əl, bir ultrasəs cihazı kimi cinsiyyətini görər, "oğlum gəlir" deyər. Atamın adını verək, sözləri başlanır, işinə, gücünə qədər qərarlar verilir.
Həkimə gedildiyində ultrasəs cihazında körpəni görən ata həkimin belə seçə bilmədiyi detalları görür, "burnu, çənəsi, əlləri mənə bənzəyir" kimi bənzətmələrin sonu gəlməz. Alış-verişlər başlayır, mavi ədyal, mavi əmzik, mavi yemək şüşəsi, mavi geyimlər və.s
Ev mavilərə boyanmışdır artıq, ehhh, asan deyil evə kişi gəlir deyilmi? "Kişi adamın kişi oğlu olur" -deyə yoldaşları ilə zarafatlaşmağa belə başlayır ....
Oyuncaqlara gəlincə- avtomobillər, silahlar, qatar, toplar alınır. Futbolçu olacaq, qapıya qol atacaq! Bəlkə də çox sürətli bir sürücü, bəlkə pilot olacaq ...
Ana isə sürətli avtomobil istifadə etməsindən, pilot olmasından qorxar, çünki ağlı oğlunda qalacaq, evdə bu mövzularda müzakirələr başlayır, uşaq doğulmadan əvvəl... Ata, ananı hirsləndirmək adına "oğlumla çapqınlıq edəcəyik" deyə ilişər və sözün qısası, günlər doğum anına qədər belə keçər ...
Ana alış-verişə çıxdığında çəhrayı əmzik, çəhrayı örtüklər, çəhrayı geyimlər və.s alar. Ev çəhrayılarla bəzənər... Oyuncaqlar isə- gəlinciklər, çəhrayı dırnaq boyaları, bilərziklər belə alınmağa başlanmışdır artıq... Oyuncaq mətbəx setləri ilə uşaq doğulmadan yemək bişirəcək sanki...
Mavi-çəhrayı bir araya gəldiyindəki uyğunlaşma necə qəribədir, deyilmi...? Ta doğulmadan əvvəl seçimləri cızılmışdır... Halbuki qadın pilot, qadın həkim, vəkil, sürücü, polis, bərbər, memar, jurnalist və.s peşələri unudulmuşdur.
Kişilər üçün də, eynilə, belədir. Kişi aşpaz, həkim, rəssam, şair, estetik mütəxəssisi, müəllim və.s peşələri unudular...
Sözün qısası, təhsil ailədə başlayır sözünü unudar, üstündən keçərik həmişə. Qız-oğlan ayrımı etmədən insanlığı, əməyi, dürüstlüyü, tolerantlığı, şəfqəti, oxumağı, xidməti, məqsədi, elmi, ilətişimi aşılamaqdansa, öz eqolarımızı belə onların şəxsiyyətinə oturtmağa çalışırıq... "tam mənim oğlum, tam mənim qızım" deyə bilmək üçündür bütün səylər...
Halbuki hamımız eyni şeyləri düşünür olsaydıq, eyni qəzetləri, kitabları oxuyur, eyni komandaları tutar, hətta isimlərimiz belə eyni olardı, elə deyilmi?
Kimliyimiz, şəxsiyyətlərimiz fərqli də olsa, ən əvvəl insanıq biz... Ata-analar!- dünyaya gəlməyən övladlarınızın cinsi formatında, onların həyatını cızmayın, buraxın bunu onlar özləri seçsin. Cins ayrımcılığına son qoyun, onlara sadəcə sevgi verin!
Aysel Abdullazadə...