ANA BÖYÜK VARLIQ ANA DÜNYADI
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:44 20 iyun 2017 tarixində əlavə olunmuşdur

Varlığı yaşamdı hər bir  məqamda, 
Yoxluğu cəhənnəm, iztirab bizə.
O,elə varlıqdı hər bir  kəlamda,l
Sığışmaz söhbətə, sığışmaz sözə.
Ana böyük varlıq, Ana dünyadı, 
Ağuşu kainat, həyat  onladı.
***
Təbəssüm üzündə görsənən zaman
Ürəklər açılır büsbütün vallah.
Cənnəti hədiyyə edib ərmağan,
Ayağı altına səribdir Allah.
Ana böyük varlıq, Ana dünyadı, 
Ağuşu kainat, həyat  onladı.
***
Analar günəşdir, Analar aydır,
Balası yolunda daim nur saçar.
Övladın görməkcün imkanı olsa
O biri dünyadan biryolluq qaçar.
Ana böyük varlıq, Ana dünyadı, 
Ağuşu kainat, həyat  onladı.
***
İlahi nə gözəl xəlq eyləmisən,
Dünyanın içində dünya yaratdın.
Üç cümlə,üç sözlə vəst eyləmisən
Qanadsız bir mələk eldə yaşatdın 
Ana böyük varlıq Ana dünyadı
Ağuşu kainat həyat  onladı...

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ(PAŞAYEV)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+22=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0291 saniye