Ana haqqında bir neçə söz...
TeEn WoLf tərəfindən "" bolməsinə 01:29 05 fevral 2013 tarixində əlavə olunmuşdur


“Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz“ (Albert Emil Braşvogel). 
“Bir ana ürəyi, dibində həmişə əvf olan bir uçurumdur“ (Onore de Blazak). 
Ana müqəddəs varlıqdır. Onun əli dəyən hər şey gözəldir. Onun ətri olan hər şey gözəldir... 
Ana ağlayanda da ürəkdən ağlayır. Ana körpəsi ilk sözünü deyir, ağlayır. Ana körpəsi ilk addımını atır, ağlayır. Körpəsindən ayrı düşür, ağlayır. Körpəsinə qovuşur, ağlayır. Bəzən ən bulanıq ürəklər də onun göz yaşları ilə durulur. Bəzən ən kirli vicdanlar da onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı... 
Gözləri görməyən, anadangəlmə kor olan bir gənc, ana haqqında hisslərini belə ifadə edir: “Eşitdim ki, dünya gözəldir. Gündüzləri nura qərq edən günəş, gecələri aydınlığa bürüyən ay və ulduzlar, mavi dənizlər, yaşıl meşələr, uca dağlar, baharda açan rəngbərəng güllər, cəh-cəh vuran quşlar... Günəşin doğuşu da, batışı dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var: Anam... Kaş, bircə dəfə də olsa, onu doya-doya görə biləydim. Kaş, bircə dəfə də olsa, ona doya-doya baxa biləydim... Åžəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim“... 
Uca Peyğəmbərimiz də “Cənnət anaların ayaqları altındadır“, - deyir. Və bununla onun ucalığının, müqəddəsliyinin ölçüsünü göstərir... 
Dua ilə qalxan, dua ilə enən əllərdən biri də ananın əlləridir. Dua ilə açılan, dua ilə yumulan dodaqlardan biri də ananın dodaqlarıdır. Bu gün anaların dualarına nə qədər ehtiyacımız var!..


... dəfə oxunub
Qiymət: 4/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

TeEn WoLf
Əlaqə
E-mail:
teenwolf2000@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0265 saniye