Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, Ana!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, Ana!
Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-Haqqın,
Borcluyam, qarşında daima, Ana!
Ümidim, təsəllim Sənin duandır,
Həmişə çin olan röyalarındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, Ana?!
13.04.1997 / Bakı