Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, Ana!
Nə qədər möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, Ana!
Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim, kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, Ana!
Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, Ana!
Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, Ana!!!
28.08.1995 / Bakı