Ana
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 11:16 25 iyul 2015 tarixində əlavə olunmuşdur

Yenə də gəlmişəm sənin yanına,
Necə darıxmışam bilsən, ay ana.
Həsrətlə baxıram gül camalına,
Sən mənə gözəllik rəmzisən,ana.

Saçını ağartdın mənim yolumda,
Canımdan keçərəm sənin yolunda.
Qurbanam varına bu dünyanın da,
Sən mənə hamıdan əzizsən,ana.

Sənsiz bu dünyada gülmərəm bir an,
Sənsiz həmdəmimdir qəm,kədər,hicran.
Sənsiz nəyə lazım gülşən,gülüstan?
Sən mənə hamıdan gözəlsən,ana.

Xoşbəxtliyim sənsən,səadətim sən,
Məni boya-başa sən yetirmisən.
Gecələr durmusan keşiyimdə sən,
Mən sənə borcluyam bilsən,ay ana.

27.04.1982.Sumqayıt.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+17=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0508 saniye