Yenə də gəlmişəm sənin yanına,
Necə darıxmışam bilsən, ay ana.
Həsrətlə baxıram gül camalına,
Sən mənə gözəllik rəmzisən,ana.
***
Saçını ağartdın mənim yolumda,
Canımdan keçərəm sənin yolunda.
Qurbanam varına bu dünyanın da,
Sən mənə hamıdan əzizsən,ana.
****
Sənsiz bu dünyada gülmərəm bir an,
Sənsiz həmdəmimdir qəm,kədər,hicran.
Sənsiz nəyə lazım gülşən,gülüstan?
Sən mənə hamıdan gözəlsən,ana.
***
Xoşbəxtliyim sənsən,səadətim sən,
Məni boya-başa sən yetirmisən.
Gecələr durmusan keşiyimdə sən,
Mən sənə borcluyam bilsən,ay ana.
27.04.1982.Sumqayıt.Mövlud Ağamməd.