Ana
Aqil Yaşaroğlu tərəfindən "Şeir" bolməsinə 21:59 30 dekabr 2017 tarixində əlavə olunmuşdur

Mənə də, sənə də, ona da inan

Dünyada hər şeydən əzizdir ana.

Bəli!Doğmaya da, yada da inan

Dünyada hər şeydən təmizdir ana.

 

Bəşəri bir gözəl günə haylayan

Ürəyin gözü də ana deyilmi?

Yerlərə, göylərə həyat paylayan

Günəşin özü də ana deyilmi?

 

Dünyada hər kəsin bir anası var.

Yuvasız bir quşdur anasız insan!

Arabir çən görə, arabir də qar

Ünvansız, mənzilsiz, soraqsız insan!

 

Hər insan övladı dünyada gərək

Doğma anasına bağlı yaşasın.

Doğma anadan od alan ürək

Hökümlü, qürurlu haqlı yaşasın.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

Aqil Yaşaroğlu
Əlaqə
E-mail:
yazici.a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0266 saniye