Anadan qızına nəsihətlər - Əziz qızım (Düşündürücü hekayə)
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 14:33 02 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Əziz qızım! Gün gələcək, mən qocalacağam – o zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üzərimə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol. 

Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçikkən yuxulamağın üçün eyni nağılı dəfələrlə oxuduğumu xatırla. Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm; yeməyi necə yeyərlər, daha gözəl necə geyinə bilərsən, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır...

Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim...

Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı əsas olan mənim ne dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır...

Mənim qocalığımı görüb kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim...

Yardım et irəli gedim, yardım et öz yolumu sevərək və səbirlə bitirim. Buna qarşılıq səni, heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam. Qızım, səni sevirəm...


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0213 saniye