Analıq haqqı
elnurə tərəfindən "Şeir" bolməsinə 08:37 16 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Bir gün eşitdim acı bir xəbər,

Ana öz körpəsin atıb quyuya 

İşıqlı dünyaya gələn bir sevinc ,

Qərq olub qaranlıq zülmət quyuya

İlahi dünyanın sonumu gəldi

Ana can parçasına qatilmi gəldi,

Bir anda yaranan çirkin ehtiras ,

Ananı balaya qatilmi etdi.

Ana necə qıyar can parçasına 

Əgər ana adına layiqsə oda

Tanrının verdiyi gözəl hədiyyə

Məgər layiqmi zülmət quyuya

Layiqmi beşiyi nəm torpaq olsun

Laylası qaranlıq səssizlik olsun

Yarandı yaşasın vətəndaş olsun

İnsanlar içində bir ad qazansın

Anasın qürurlu bir qadın sansın

Sabahın müəllimi həkimidir o,

Bəlkədə şairi, alimidir  o.

Ən əsas tanrının bəndəsidir o,

Sənin etdiyin çirkin əməli,

Bəlkə təmiz adla yuyasıdır o

Mərd ol mətin ol sahib ol ona,

Sabah sahib olsun qocalığına.


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

elnurə
Əlaqə
E-mail:
elnure.22@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0362 saniye