Anam...
Sufi_Cavid tərəfindən "Şeir" bolməsinə 03:52 18 iyun 2014 tarixində əlavə olunmuşdur

                                                                       ANAM…

Anam , anam gözü yaşlı anam

Səni ağladan bu yaşlı körpə balan

Sən istəyirdin ki, gözündə

Mən hər zaman balaca qalam

Böyümüşəm artiq gözəl anam

Yaşım daha on doqquz

Sən indi yoxsan deye

Röyalarım qarışıq bəzəndə sonsuz

Sen vəfat etdiyin günde

Qaldım men səhrada sussuz

Oglun bivec ise coxdan unudub sesini

Darıxıram anam ne olar bir dəfə gəl

Bax bu oğluna ,hiss edim nəfəsini

Qəlbinin dərinliyində mənə olan sevgini

Yadıma gəlmir artıq ilk uşaq illərim

Özüm idraksız , xoşbəxt günlərim

Həyatım dumansız və açıq aydın

Atılmışam qucağına bu böyük dünyanın

Fəqət bir dünyam var , adı anamın qəlbi

Hamı kimi məni yaşadan da onun sevgisi

Gecələr beşiyimizin önündəki

O yuxusuz keçən gecələri

Lay-lay yat balam deyib ,

Bizlərə oxuduğu nəğmələri

He men qara saçlarını ağartdım

Həyatda inci deyib

Bu da nankor övladının

Senə bəxş etdiyi günləri

İlk addımı atdığım gün ,

Ilk günahlarda başladı

Ana olmaq çətindir ,

Anam men dogulanda anladı

Mən doğulanda əziyyət , sonrasıəziyyət

Heç sonralar gətirmədi xoşbəxtlik , elə hey həsrət

Çətin günlər mən evi tərk edəndə başladı

Anam arxamca getmə oğul , deyib ağladı

Yeqin məni bu dünyaya gətirdiyinə görə

O hec uzu gulmeyen bəxtinə qarğadı

Gəlmişəm üstünə boz məzarın susub , daha danışmır

Ya eşitmirəm , ya da eşitdiklərimi qulağım danır

Qəbrinin üstü toz-torpaq , əzizlərinsiz keçən günlərin

Yəqinki istərdin heç olmasa mən

O baximsiz qəbrinə bir gül əkəydim

Ramazan ayının son günləridir anam ,

Bayramdır

Hər kəs sevinir , bayramlaşır

Opurlər analarının əllərini

Sən yoxsan öpə bilmirəm

o məxmər , ipək olan əllərini

Məni dünyaya günahsız gətirdin

Hər zaman belə de böyütmək istədin

Dedin oğlum mən çəkdiklərimi çəkməsin

Mən sənə başqalarının çəkə bilmədiyi dağları çəkdim

Yaşın qırx deyildi ,omurune ilk yox son baharı gətirdim

Ümid etdin yenə , dedin bəlkə mən düzlədim

Hər şeyin səbəbidir artıq sən məzardasan

Bir söz demirsən , məni heç danışdırmırsan

Niyə küsmüsən anam , üzümə bax çox peşmanam

Heç olmasa bir söz de , bilim ki , yanımdasan

Gör necə vəfasızam sən məni böyütdün

Mənsəəvəzi olaraq sənin üzərini torpaqla örtdüm

Bilmirəm yaşadıgım ömür həyatımın günlərimi

Yoxsa gün deyib kecə bilmədiyim düyünlərimi

Yanımda yoxsan, ancaq hiss edirəm nəfəsini

Gözlərimi yumdum ,

Görürəm üzümə toxunan əllərini

Soyuqdur anam əllərin, ellerim

Bu da bizim uzaqlığımızın sirri

Darıxma anam mən de gələcəm ,

Qebirdəkilərə məndən salam de

Gözlərimin yaşını sil, məni evə uğurla

Allah amanında ol, de

Gedirəm , gedirəm ki gələcəm

Uzaqda deyil lap yaxınlarda gələcəm

İndiki soyuqluğun o zaman isti olacaq

Cənnət ayağının altındadır mense torpaq !

                                                                                Sufi …

 

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Sufi_Cavid
Haqqında
Men sema shairiyem, insanlarla ishim yoxdur deyen bir shair dostum var , onun bu ifadesi yazdiqlarima stimul verdi ve istediyim kimi yazmaga bashladim nece deyerler temeli atdi, binani ise men ucaltdim... Insan heyati ise qacan at surusune benzeyir ve her kes bir-birinin icinde ele hey qacir, hara ve ne ucun qacdigimizi ise bilmirik, bunu derk etmek ucun o surunu kenardan teqib eden bir aslam olmaliyiq bu ise cetindir, insanlari artiq kenardan seyr edirem ve istediyime nail olacagima da inaniram. Heyatda dogru inanc ve qerarli inam o insani istediyi noqteye catdirar ve daha artigina. Ozunuze inanin, ozunuzu inandirdiginiz yalanlara deyil...
Əlaqə
Tel.:
+994777566616
E-mail:
cavidsahin7.cq@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0217 saniye