ANAM
Elnure Oruclu tərəfindən "Digər yazılar" bolməsinə 17:28 05 fevral 2015 tarixində əlavə olunmuşdur

Dünyada hansı insan əlləri olan lakin, onu istifadə etməyən, ayaqları olan amma yeriməyən, istəklərini ağlamasıyla bildirən, danışmayan, heç bir şey edə bilməyən, gecələri gözəl yuxulardan oyandıran birinə baxmaq istər?Kim bu qədər aciz biri ilə heç usanmadan maraqlanmaq istər ya da, bunu kim edə bilər?Nə qədər çətin olsada, bütün bu işləri qarşılıq gözləmədən, sevərək edən tək canlı varlıq analardır.Dünyanın ən yüksək varlıqlarıdır Analar...Ən kövrək, ən vəfalı, ən çox dəyəri bilinən və haqqlarının ödənməsi imkansız olan mələklərimizdir.Gözlərimizi açdığımız ilk gündən başlar onlara bağlılığımız.Hələ heç bir şeyi başa düşə bilməsək də, onların qucağında ağlamamız kəsilir və hər ağlamamızda bilər nə dərdimiz olduğunu.Bizim ağlamamız başqalarına pis gələ bilər. Amma, onlara heç vaxt pis təsir etmir.Onlar yorulmadan, usanmadan çatar köməyimizə.Ən gözəl paltarları geyindirər, ən gözəl yeməkləri yedizdirər.Hər an sevgi ilə böyüdər bizi...Bizdə bütün bunları görüb çox sevinərik.Heç vaxt düşünmərik ki, bəlkə oda əzab çəkir, bəlkə nəyəsə ehtiyacı var.O, hər zaman xoşbəxtdir kimi düşünərik. Çünki, heç bir ana övladının üzülməsini istəməz və dərdini ondan gizlədər.Aradan illər keçər və məktəb yaşına çatarıq.İlk məktəb günü yaxınlaşar. Anamız bizi öpüb, qucaqlayar.Nə tez böyüdün deyər. Məsləhətlərini əsirgəməz. Gün gələr məktəb bitirərərik.İmtahanların nəticəsi pis olsa belə, o, bizi təsəlli edər. Amma üzülsə də, üzüldüyünü bildirməz.Bəzən, həyat onları alar əlimizdən. Laylasına, isti əllərinə doymamış... Özümüzü təsəlli edərik. Oda, hər insan kimi dünyasını dəyişdi deyə..Fikirləşərik ki, o cənnətdədir. Bununla biraz da, olsa təsəlli taparıq.   Böyüyərik... Özümüz də, ana olarıq. Əziyyətlər çəkərik. Daha sonra dərk edərik anamızın çəkdiklərini. Anlayarıq.. Lakin, gec olar.Anamızı yenidən görmək istərik, isti nəfəsini duymaq istərik.Amma nə fayda? Yalnızca, məzarını ziyarət edə bilərik. Bir az da olsa, içimizi sakitləşdirər. Analarımızın, nəyin ki, analar hətta sevdiklərimizin qədrini onları itirmədən bilək və onlara Onları nə qədər çox sevdiyimizi bildirək. Sevdiklərimizin qədrini bilək, zaman-əzraillə birləşib onları əlimizdən almadan!!!


... dəfə oxunub
Qiymət: 10/10(45 səs)
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0486 saniye