Anama bənzəmək..
Xuraman tərəfindən "Hekayə" bolməsinə 20:55 06 mart 2014 tarixində əlavə olunmuşdur

Biri varmış, biri yoxmuş....
Bir qadın varmış.. Bir nöqtəyə uzunca baxarmış. Saçlarından heç xoşu gəlməzmiş..Elə hey əli saçlarındaymış.. Düşünərmiş, ağlayarmış, özünü qucaqlayıb xəyallar qurarmış..
Doğulduğu gündən yaşamırmış. Paltarla, pulla qayğını eyni görməzmiş. Lakin ətrafındakı hamı onu naşükür sayarmış..
 O, qayğını anlayış da, sevgi də, hörmət də bilirmiş. Bilirmiş ki, o fərqlidi. İstəsə də o birilər kimi ola bilməz. Ətraf dairəsi isə elə hey onu qınayarmış.. Lovğa, əsəb xəstəsi, terrorist, ateist deyərmiş..
 O da vecsiz imiş bu barədə. Lakin gəl gör ki, daha qeyri mövzularda vecsizlikdən kül belə qalmazmış..
 Bu qadın insanları sevərmiş.. Gəl, bu qadına ad qoyaq... Firəngiz.
. Uşaqlıqdan özünə yaxın bildiyi dostları azmış.. Ümumiyyətlə yoxmuş.  10 yaşına kimi dilindəki qüsurdan hamı onunla lağ edərmiş. İnsanlardan uzaqlaşmış.. Lakin hələ də sevərmiş. Uzaqdan sevərmiş..
 Bu dil qüsuru onda sterssdən yaranmış, təzyiqdən daha da çoxlamışdı. Davaların, müharibələrin beşiyində yırğalanan bu qadın öz həyatını belə özü seçə bilməzmiş.. Ailəsi qərar qəbul edərmiş.. O da etməzmiş. Çox inadkar bu xisləti varmış. Dediyim elədiyimdir deyərmiş.
Hələ 16 yaşında belində ağır yaraları varmış. Sağalırmiş... təzələnirmiş...
Hər gün yeni bir bıçaq daha artırırmış kolleksiyasına..
 Bu kolleksiya kürəyindəymiş. Lakin heç vaxt bir Kvazimodo olmazmış həyatında. Dik gəzərmiş. Səhvlərindən utanar, lakin heç nə yoxmuş kimi danışarmış, gülərmiş.Ətrafındakılar da buna xoşbəxt sima geyindirirlərmiş. Özünü isbat etməkdən heç xoşlanmazmış..Lazım da deyilmiş..



Bir gün gəlmiş.. O çox sevmiş..
Əvvəllər heç yola getmədiyi, "lovğa" dediyi insanı sevmiş.. O da onu sevirmiş.. Gəl, ona da ad qoyaq.. Əsəd.

Qızım, ruh ruhdaşını tapdımı nə əngəl olsa da aşar onu.. Ona çata bilmək üçün.. Ona   azca  da yaxın ola bilmək üçün qanadları belə olarmış o ruhların..
Çox uzun danışmayım...


-Yuxun mu gəldi sənin?
-Hə.. Amma bir az da danış.. Əsəd necə biri idi?
-Hmm.. Dinlə o zaman..

Əsəd üzdən kobud görünərmiş. İpə sapa yatmayan birinə bənzəməzmiş. O fərqli imiş... Firəngiz kimi...
 Firəngizə azca yaxın olanda üzü gülərmiş.. Hələ deyərmiş ki, Firəngiz onun dodaqlarına gülüş qoyub... Necə xoşbəxt görünürlər hə?
 Eh.. Mələyim, dinlə..

Əsəd Firəngizi hədsiz sevərmiş. Onu qoruya bilmək üçün hər şeyi edərmiş.. Sən onların xəyallarını duysan necə gözəl olardı...
Amma bu qalsın o biri gecəyə..


-Ana, evləndilər onlar?
-Mələyim, bu qədər tez? 
-Ana, yuxum gəlir axı...


Deməli, qızım, Firəngiz... düşünərmiş..
Anama bənzəmək necə hissdi?
Yox yox... Olmaz... Axı o bənzəmirdi Əsəd xaricində heç kimə..
O, düşünərmiş ki, anası özünü görmür.. Səhv güzgüdən baxır.. Oysa bilirmiş ki, anasının qəlbi necə safdı..
Əsədi sevmirmiş anası.. Elə hey pisləyərmiş.. Firəngizi də Əsədin ailəsi sevməzmiş...

-Ana, heç kim?
-Əsədin anasını görmədən sevir Firəngiz. Əsəd ancaq anasından danışardı.. Firəngiz blirdi ki, Anaya bənzəmək necə hissdi?
 Çünki bətnində 9 ay daşıdığın insan bir gün sənə qarşı çıxanda ən yaxşı ananı anlayırsan.. Amma nə edəsən?

Sevgi insanı uçurumdan uçuruma sürükləsə də, ruhunda qanadları olan insan yıxılmazmış..

Əsəd də Firəngizin əlindən bərk bərk tutarmış.. Firəngiz isə düşünər... Ya anama bənzəmək...


-Mələyim, gəl yataq.. Qalanını sabah danışaram.
-Ana, danış..


Amma çox pis bir şey olmuş... Onun da bir Mələyi olmuş.. Sənin kimi. Gözəl, ağıllı... 
 Amma...

Firəngiz Mələyini görə bilməmiş.. Neçə ilıərdir ki, düşündüyü bu acı ondan kənar qaçmış..
Anasına bənzəməmiş bu qadın...
Mələyini görən gözləri kor olmuş...

-Hiii... Ana... Bəsdi. Yox.. Elə bitməsin.
-Qızım... Yaxşı.. Narahat olma.. Əsəd bir çarəsini tapar, Firəngiz görər Mələyini..
Axı .. Söz veriblər..
Necə də olsa buraxmayacaqlar bir birlərini..

-Yox, ana, bəs Mələk? Yox, bitir bu nağılı..


Uşaqları necə də öyrətmişik xoşbəxt sonluqlara...

-Ağlama, Mələyim...
Əsəd hər dəfə yeni bir çarə ilə Firəngizin yanına gəlir..
Amma Firəngiz belə də xoşbəxtdir. Bilirsən niyə?
 Korlar ölkəsində səhhətinin pis olması problem deyil.. Əsas bəsirət gözüdür, ağıılı qızım..

-Ana... Tez qurtar bu nağılı.

Firəngizin gözləri açılmış.. Amma fərqi yoxmuş.. O bənzəməmiş.. Heç vaxt bənzəməmişdi zatən..


- İndi sənə bir şey deyim, ana, dinlə..
-Aha.. Buyur..

Biri varmış, biri yoxmuş..
Bir Mələk varmış.. O, anasını çox sevərmiş.. Atasını lap çox sevərmiş..
Amma göstərməzmiş.. Anasına bənzəməyi dərd etməzmiş. Çünki atası deyərmiş ki, üç mələyim var mənim...
Anam, anan, sən...

Göydən üç mələk enmiş... Amma nağıl heç bitməmiş...

 

 

 

"Çəhrayı və Mavi" kitabından.

© Bermud Company


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye