Anamdan ötrü...
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:22 22 oktyabr 2014 tarixində əlavə olunmuşdur

8-ci sinifdə oxuyurdum onda. Payızın yağışlı günlərinin birində bərk xəstələndim. 2-3 gün olardı k, məktəbə gedə bilmirdim. Qızdırmam çox yüksək idi. 39-40 dərəcə. Anam gecələr yatmaq nədir tamam unutmuşdu. Səhərə kimi məni gözdən qoymurdu. Əynimi soyundurub məni yedizdirirdi. Radionu otağıma gətirib qoşurdu. Xalq mahnılarını bir yerdə dinləyirdik. Xəbərləri dinləyərək öz reaksiyalarımızl bildirirdik. Kitabı növbə ilə ucadan oxuyurduq. Gah mənim əlimdə vərəqlənirdi, gah anamın.

Gözlərini heç vaxt unutmayacağam. Mənə sevgi dolu baxaraq qorumağa çalışan mehriban və cəsarətli gözlərdəki yuxusuz gecələrin nişanəsi. Sırf anamın rahatlığı üçün termometri 36-37-ə saldım.

İndi anamın qəbri qarşısındayam.

Saçlarıma təzə-təzə dən düşməyə başlayıb, ana. Məni atasız böyütdün. Bizi  sevməyən,atıb gedən adamla bu yaxınlarda rastlaşmışam. Təsəvvür edirsənmi nə görkəmdə idi?! Dilənçinin uzanan əlinə baxdım. Qırışlarla dolu. Ürəyim yandı. İri məbləği ovcuna qoyarkən gözlərim gözlərinə sataşdı. İlahi! Mən ki, bu adamı yaddaşımdan əbədi silmişdim. Axı niyə?! Hələ 10 yaşımda gözümün qabağında çemodanlarını yığaraq sənin göz yaşın və yalvarışlarına məhəl qoymadan getməsi səhnəsini hər gecə yuxumda görürdüm, ana. Ağlayırdım. Sən səhərlər məndən nə qədər soruşurdunsa, düzünü deyə bilmirdim. Utanırdım, anacan.

Anam mənim! Mələk anam! Sənin 2 nəvən var. Onlar səndən ötrü çox darıxırlar.Eynən oğlunun darıxdığı kimi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.038 saniye