ANAMIN
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 20:03 18 yanvar 2017 tarixində əlavə olunmuşdur

Anamın gözündə heç böyümədim,
Onun yaddaşında körpə qalmışam.
Hər il ad günümü qeyd eləyəndə,
Anam elə bilir dünən olmuşam.

Arada barışır ötən illərlə,
Əsgər paltarında düşünür məni.
Arada inanmır, sual eyləyir,-
Oğlum bu qədərmi böyüyüb yəni?.

Çoxdandı dizinə baş qoymamışam
Sığalsız saçlarım yaman dolaşıb.
Qorxuram deyəcək dur saçını çırp,
Saçların hardasa "una" bulaşıb.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0283 saniye