Anarxizm nə deyil?
Elnur Əzizov tərəfindən "Digər yazılar" bolməsinə 13:52 29 noyabr 2014 tarixində əlavə olunmuşdur

Anarxizm Azərbaycanda demək olar ki, anlaşılmayan bir cərəyandır. Mən düzü bu yazını yazmağa başlamamışdan əvvəl Azərbaycan internet sferasında ancaq mənfi mənada işlədildiyini görmüşdüm. Məsələn müxalif saytlarda "Diktaturaların çoxu anarxiya üstündə gəlir, hamısı sabitlik vəd eləyir və hər biri nəticədə dövlət hakimiyyətinin anarxiyasını qurur" (mediaforum.az) tipli yazılara, iqtidaryönümlü saytlarda isə "Lakin bir qrup radikal müxalifətçi, o cümlədən Əli Kərimli, İsa Qəmbər və onların yaxın ətrafı yenidən ölkədə xaos, anarxiya yaratmaq, 1991-1992-ci illərə qayıtmaq niyyətinə düşüblər" (Xalq qəzeti) tipli yazılara rast gəlirik. Hər iki tərəfdən verilən informasiyanın yanlış olduğu, göstərilən vəziyyətlərin heç birinə uymadığı açıq-aşkar görünür. Anarxiyanın nə olduğunu göstərməkdən əlavə anarxiyanın nə olmadığını göstərmək də lazımdır.

Anarxiya kommunizm deyil. Anarxizm Marksist ideyalarla bir çox ortaq dəyəri daşısa da Marksist-Leninist düşüncədəki qruplar, anarxistlərin anti-avtoritar və fərdlərə maksimum azadlıq istəyən ideallarını tamamilə pozan partiya və proletariat diktaturası anlayışına ənənəvi olaraq əhəmiyyət verirlər. Ukrayna anarxistlərindən olan Nestor Maxno sürgündə yayımladığı "Delo truda" əsərində ixtisarla yazırdı:

"Kalinin keçən Rusiya Kommunist Partiyası 14-cü qurultayında Zinovyevin Buxarin və Ustrialovla eyni düşünmədiyini və tez-tez bərabərlik sözünü dediyini, bütün fəlsəfənin bərabərlik ideyası ətrafında qurulduğunu dediyinə görə əsəbləşdi və əlavə etdi: Kəndlilərlə fəhlələrin bərabərliyindən bəhs etmək olmaz, bu proletariat diktaturası məntiqi ilə əksdir. Kommunist olan və olmayan fəhlələrin bərabərliyindən də danıshmaq olmaz. Çünki birincilər iki dəfə yüksək maaş alır. Kommunistler arası bərabərlikdən də danışmayaq, fərqli vəzifələrdəkilər fərqli mövqe və fərqli maddi veziyyətə sahibdir.

Çox uzun olmayan bir zaman öncə Bolşeviklər başqa dilde danışırdılar. Bu siyasi cinayətləri bərabərlik bayrağı altında və SSRİ adını verdikləri çarlıq uğrunda edirlər. Bütün bunlara Bolşevik tanrılarının qana susamışlığından basqa cür ad vermək olmaz"
Anarxizm libertarianlıq da deyil. Libertarianlar anarxistlərə çox oxşayırlar. Hər iki düşüncəli insanlar fərdi azadlıq və dövlətin məhvini düşünən insanlardır. Libertarianlar isə fərdi azadlığa daha çox önəm verirlər. Bir çox libertarian həm də anarxo-kapitalistdir. Libertarianlar yeri gələndə dövlətçi olurlar. Bu düşüncədəki libertarianlar üçün dövlət sadəcə polis rolunu oynamalı və təhlükəsizliyi qorumalıdır. Belə libertarianlara minarxist deyilir. Yəni dövlətin minimum gücə endirilməsi. Libertarianlıqda kapitalizm bir iqtisadi sistem olaraq görülsə də, anarxiyada bu yoxdur.

Anarxizm liberalizm deyil. Liberalizmin bir çox azadlıq dəyərini rəhbər tutması anarxiya ilə qarışdırıla bilir. Liberalizm dövlətdə bəzi reformların (səs vermək, toplaşma azadlığı və s.) olmasını, anarxizm isə bütün çökmüş qurumların yenilənməsini və dövlət müdaxiləsinin heç bir formasını daşımayan birbaşa hərəkət yolu ilə daha insani bir sistemin yaradılmasının lazımlı olduğunu müdafiə edir, yəni dövlətin məhvini. Anarxistlər dövlətdə çevriliş üçün hiyerarxiyanın ləğv edilməsi lazım olduğunu desələr də, liberallar buna elə də önəm vermir. Anarxistlər dövlətdə haqsızlıq baş alıb gedərsə bunun çarəsini vəzifədəki adamları dəyişmək deyil, qurumu birbaşa ləğv etməkdə görürlər. Bəzi anarxistlər, kiçik və lokal inkişafların belə qiymətli olduğu düşüncəsi ilə səs versələr və kütləvi mitinqlərdə iştirak etsələr də, bunların keçid pillələri olduğunun, inqilaba çatmaq üçün əvvəlcə bu pillələri addımlamağın lazımi olduğunu düşünür.

Anarxizm nihilizm də deyil. Nihilizm anarxizmin ekstremal versiyası olub, zor gücü tətbiq etmə, dağıdıcılıq və "hamı özü üçün" ideyalarını daşıyır. Anarxizm tam olaraq nihilizm də olmadığı kimi dövlət və dövlətçi qüvvələr tərəfindən çox vaxt anarxizmin özü kimi qələmə verilir. Təbii ki, anarxiyanın xaos ilə eyni mənaya gəlmədiyini uyduranlar da hakimiyyət olmasa cəmiyyətin məhv olacağını düşünən insanlardır. Anarxistlər təsirli, mütəşəkkil və ədalətli bir cəmiyyətin hiyerarxik olmayan, mərkəzdən idarə edilməyən və iştirakçı təməllər üzərində müvəffəqiyyətli ola biləcəyini müdafiə edir.

Anarxizm demokratiya deyil. Demokratiya hər bir fərdin cəmiyyəti idarəetməsində söz sahibi olmasına deyilir. Lakin bu "idarəetmə" sadəcə illüziya olmaqda qalır. Çünki səs çoxluğu sistemi ilə tutaq ki, 49% adamın dediyi yox 51% adamın dediyi qəbul edilir və azlıq da çoxluğun qəbul etdiyi qanuna tabe olmağa məcbur olur. Anarxizmdə isə belə bir haqsızlıq yoxdur. Kollektivist anarxizmdə kommunalar ortaq olaraq qanun qəbul etsə də, individual anarxizmə görə "eqoistlər birliyi" adlanan kommunaya bənzər qurumlar qərarları hər fərdin özünün seçdiyi formada təkcə özünə aid alır.


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+25=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0551 saniye