Anasız dünyanın nə ləzzəti var .?
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:16 31 may 2018 tarixində əlavə olunmuşdur

Varlığı sevincdir hər bir məqamda,

Yoxluğu qəm-kədər gətirər bizə.

Onun sevgisi var hər bir kəlamda,

Sığışmaz söhbətə, sığışmaz sözə,

Onun məhəbbəti əbədi bahar-

Anasız, dünyanın nə ləzzəti var.?

 

Üzündə təbəssüm nur saçan kimi,

İsinir bir anda cismimizdə can.

Cənnəti əbədi bir məkan kimi,

Anaya bəxş edib ulu Yaradan.

Dillərdə dolaşan söz-söhbəti var-

Anasız, dünyanın nə ləzzəti var.?

 

İlahi,sən onu xəlq eləməklə

Elə bil bir təzə dünya yaratdın.

Bu üç hərifdəki qüdrətə bir bax,

Onunla sözə də,şirinlik qatdın.

Ömür ağacında o bir əzəl bar-

Anasız, dünyanın nə ləzzəti var.?

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0578 saniye