Anasız Qızdan Allah Babaya Məktub
Sevinc Bayramova tərəfindən "Hekayə" bolməsinə 06:54 13 dekabr 2012 tarixində əlavə olunmuşdur

Rauf səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan
çıxardarkən qızını, Sonanı yolla gedən gördü. Əynində gözəl bir
don, əlində isə bir məktub var idi.
- Hara gedirsen?
- Mən...mən....ata, mən poçta gedirəm.
- Niyə?
-Bu mektubu göndərməliyəm
- Ver mənə mən göndərərəm sənin üçün
Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı. Atasi qoydu maşının qabaq oturacağına, qızına əl
elədi və yola düşdü. İşdə oturarkən məktub Raufun gözünə dəydi. Üstündəki ünvanı oxudu: Allah Baba Cənnət Səma Məktubu açdı və oxudu. Əziz Allah baba, Bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları
sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən 3 gün sonra vəfat etdi. Ona kimi həmişə
xoşbəxt idim, amma indi çooox qəmliyem. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi heç
mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də
başlayıb. Xahiş edirəm Allah baba, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını görürəm və məni ağlamaq tutur. Nə olar Allah baba, anamı qaytar. Əgər o
artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də götür apar. Anamı necə apardın məni də elə apar. Mən
yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və otağımı yığışdırıram. Söz verirəm ki,
sənə heç bir narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm! Səni sevən, Sona..
Rauf məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda
böyük bir ağac var idi. Ağaca baxa-baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm özünə, həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək. Altı Ay sonra artıq yerində yatmışdı.Rauf onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi: Allah Baba Cənnət Səma Məktubu açdı və oxudu: Əziz Allah Baba, Bu sənə ikinci məktubumdu. Bilirəm ki, birinci məktubumu almısan. Sənə təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə
qaytarmadın, məni götürüb aparmadın, amma atamı dəyişdin. Bilirsən Allah baba, mən indi onun otağında yatıram. Gecələr mənə nağıllar oxuyur, mənimlə danışır, gülür və hər səhər üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla
şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allah baba, çox sağ ol! Səni Sevən,Sona..


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0297 saniye