Anı yaşamaq
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:19 14 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Tumbanın üstündəki telefonun vibrasiyalı zəngindən hövnlak gözlərini açıb həyəcanla qalxıb key-key yatağında əyləşdi.  Telefonu susdurub yorğanı kənara çəkərək dizlərinə dirsəkləndi. Barmaqları ilə saçlarını qarışdırıb ayağa qalxdı. Güzgülü şkaf qarşısında dayanıb əzələli bədəninə bir xeyli tamaşa edərək şkafı açdı. Tşört, şalvar geyinib otağından çıxışını edərək vannaya addımladı. Əl-üzünü yuyub quruladı. Mətbəxə girəndə atasının gözündə eynəklə əlindəki qəzeti vərəqlədiyini, anasının qəlyanaltı hazırladığına şahidlik edib xəfifcə gülümsədi. Çənəsində batığı açıq-aşkar göründü. Anasının yanağına öpüş bəxş edib atasının yanına keçdi. Kişi qəzeti qatlayıb kənara qoyaraq eynəyi də onun üstündə yerləşdirdi. Oğlu Fazilə gözlərini qıyıb əlini çiyninə qoydu. Az keçməmiş yuxulu gözlərini ovxalayan qız uşağı gəlib masa arxasına keçdi. Əlləri ilə çənəsinə dayaq verib küskün ifadə aldı. Fazil 10-cu sinif şagirdi olan bacısı Nazilənin yanağını dartdı. Nazilə bir gözünü qapadaraq tərs-tərs qardaşına baxdı...

Metro basabasından qurtulub dayanacağa gəlib dayanmağa başladı. İşıqforun yaşıl işığı yanırdı hələ ki. Fazil rahat şəkildə ətrafı seyr edirdi ki, birdən qarşı tərəfdə əsrarəngsiz qız gördü. Əsən sərin külək qızın saçlarını dalğalandırıb simasının bütün gözəlliyini ortaya çıxarmaqda idi. Dizdən bir qədər qısa, sinəsi krujevalı naxışlı,  nazik çiyinli çəhrayı donu vardı əynində. Dodaqlarındakı parıltı çıxmaq şərti ilə minimum makiyaj vardı ki, bu da o dəqiqə sezilmirdi. İri yaşılı gözləri pişiyi xatırladırdı. Sadə və gümüşü aksessuarları ilə ətrafı işıqlandırıb effektini nümayiş etdirməsində idi. Çox da hündür olmayan dikdabanlarında möhtəşəm görüntü yarada bilirdi.

Uzaqdan sürət artımı ilə seçilən bahalı maşın qızın dayandığı səkiyə yan aldı. Maşından enən yaraşıqlı oğlan gülümsəmə ilə qıza yaxınlaşıb yanağından öpdükdən sonra üzünü əlləri arasına aldı.  Qız da eyni səmimiliklə cavablayıb onunla birgə maşına mindi.

Bütün dərs boyu Fazil fikrini cəmləşdirə bilmədi. Müəllim  dalğın hallı tələbəyə nəzər salıb onu səslədisə, eşitmirdi. Çiyninə toxunan ələ diksinib həyəcanla dostuna baxdı. Gözləri ilə müəllimə işarələndiyini dostundan sezib tez ayağa qalxıb lövhə önünə çıxdı. Bütün tələbələr güləndə heç nə anlamırmış kimi müəllimə yönəldi. Saçları ağarmış Əbülfəz kişi başını yırğalayıb xəfifcə gülümsəmə ilə Fazilə nəzər saldı.


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0246 saniye