ANLADIM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 16:03 12 yanvar 2020 tarixində əlavə olunmuşdur
12.01.2020 ANLADIM
Baxıb saçlarıma düşən ağ telə,
Nə qədər boş vaxtı vermişəm yelə,
Sonraki peşmançılığı gətirib dilə,
İtmiş günün sədasında  anladım.

Adamın varıyla tanınmaz insan ,
Pulun yox qohuma ,tanışa yadsan,
Müşahidə etsən  qəbahət, nöqsan,
Ciblərimin boşluğunda anladım.

Göz dolar, bürüyər qəhər varlığın,
Gün ötər ,yox olar ,qalmaz sağlığın,
Kimsəsiz dünyada tənha qalmağın,
Mən atamın yoxluğunda anladım !

Seymuru batırıb həyat dərinə,
Dik dura bilməzki özgə yerinə,
Cavanlığı verdim namərd birinə,
Saçlarımın ağlığında anladım.

  MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+34=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye