Bir toxunsan sevərdim əslində.Ama sən toxunmağa qıymırdın sözdə.Sözlərin bitdiyi yerdəyiksə hara gedəcəyik.Hara çıxır sən bilib getdiyim yollar.Kimləri tanıdım sənə gələrkən,kimləri tanıdığımı sandım.Eşq tökülmədi iki dodağının arasından.Oysa qəlbimdən axırdı cümlələrim.Və sən nəfəsimdən canıma can qatarkən əslində mən sən bilib başqalarını qucaqladım.Tərk edişlərin yandırmadı da.O son öpüşlərin var ya.Onlar yandırdı canımı.Canım deyərkən səni hiss etməyin verdiyi bir məsumiyyət ruhuma.Alışqanlıq olmuş bağışla.Kiçik bir pəncərə vardı ruhumda.Toz basmış xatirələrin,çəkilməmiş rəsimlərin yanıq qoxusu.Yanırdı canım,küllərimiysə külək sovurdu səmaya.Verdiyin sözlərini sayını unutmuşkən sən yenə tək qoyub getdin məni.Dönüşlərin olmadı heç.Sən heç gəlmədinki.Gedəsən və dönəsən.Yarım qalmış bir mahnı kimiyəm indi.Yara almış misraları ol şeirimin.Sən fərqli ol da həsrəti yandır arada.Ayrılıq adlı yağışlar yağır qəlbimin küçələrə.Və daşlarıns belə yazmışdım aramızdakı divarların.İndi ondan da əsər qalmamışdı ki.Ümidsizlik yoldaş olmuşdu həyat.Ovuclarımdan axıb gedirsən su kimi.Barmaqlarımı sıxsam belə.Yenə sən tərəfi tutub qəlbimin.Öpüşlərinin izini silmək istəyirəm bədənimdən.Bunu haqq etməsən belə.Səni sevirəm.