Anlayış
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 11:47 27 oktyabr 2019 tarixində əlavə olunmuşdur

Bu duyğunu her hansı bir yaş dövründə insanların hiss eləməsi qaçınılmazdı.Mövcud vəziyyət, şərait ya da aile başçılarının təsiri ilə də bu baş verir.İxtisas seçimi, evlilik mövzularında isə bu özünü daha qabarıq göstərir.

Neçənçi sinifdə oxuduğumu və neçə yaşım olduğunu xatırlamıram, amma çalışıram ki usaqlığın həssas dönəmindəki yaşadağım travmatik hadisələri unudum.Musiqi məktəbi də belələrindəndir.Atam mənim qarmon ifaçısı olmağımı çox istəyirdi.Mənim fikrim onun üçün önemli deyildi tebii ki.Mənsə sırf atamın istəyidir deyə bu arzunu reallaşdırmağa özümü məcbur hiss elədim.İçimdə bu sahəyə maraq, həvəs yaratmağa çalışdım məcburi olaraq.Amma musiqi müəllimlərimin sayəsində bu qarmona həmişə bigane yanaşdım.İlk müəllimimin adı Aydın idi.Bu müəllim qarmon üzrə çox savadlı olsa da insanlıq üzrə sıfır mədəniyyətə sahib idi.Mənim kimi qarmon öyrənməyə gələn uşaqlara sırf birinci dəfədən öyrətdiyi əl hərəkətlərini bacarmadığı üçün ,,qoyun,,-,,tupoy,, deyib tehqir edirdi.Atamın ,,eti senin sümüyü mənim,, sözü isə müəllimim barəsində şikayətimə bir əngəl idi mənim üçün.Müəllimin öyrətmək istəyindən daha çox psixoloji tezyiqi sayəsində qarmona artıq nifrət eləməyə başlayırdım.Növbəti il bir qadın müəllimənin sinifinə keçdim.Düşünürdüm ki, qadındırsa yəqin ki hər şey düzələr.Amma yanıldım.Bu müəllimə Aydın müəllimdən daha qəddar, daha insafsız çıxdı.Aydın müəllim səni təklikdə danlayırsa, bu səni uşaqların müəllimələrin yanında tehqir edirdi.Uşaq olsam da sinif uşaqları arasında özümü çox tehqir olunmuş və əzilmiş hiss eliyirdim.Uşaqlar mənə gülürdü.Solfecio-musiqi nəzəriyyəsi dərslərində belə sırf mən dərs danışanda söhbət edir, deyib-gülürdülər.Nəzəriyyə müəllimimin isə bu vecinə deyildi.Çünki o biri uşaqlar hərəsi bir musiqi müəlliminin uşağı idi, mənsə adi bir uşaq. Bir müddət sonra iş o yerə gəlib çatdı ki, musiqi məktəbindən əlimi üzdüm.Evdən çıxır, gəlib dayanacaqda 1 saat gözleyib, 2 avtobus ötürəndən sonra yenə evə qayıdırdım.Ailəmə yalan danışmağa başlamışdım artıq.Sen dayanacaqda 2 avtobus ötürüb evə qayıtmağı gözləyirsən, amma evdəkilər isə senin hansısa yeni bir oyun havası öyrəndiyini düşünür.Bu bərbad bir şeydir.Bir xeyli vaxtdan sonra atam xəbər tutdu.Mənə heçnə demədi.Sadece evde aramız soyuq idi.Sonralar bu buzlar açıldı.Mən atamı düşdüm, o da məni.O anlamağa başlamışdı ki bir insan bir şeyi eləmək istəmirsə onu buna məcbur etmək ancaq fesadlar doğura bilər.Mənsə atamı bu cür anlayırdım ki, o da atasından bu cür görüb.Ona görə atamı heç vaxt qınamadım.Həmçinin o da məni.

Özünü nəyisə etməyə mecbur hiss eləyəndə nəyi qazandığınızı və gələcəkdə nələri itirəcəyinizi hesab-kitab eliyin.Yoxsa vaxtından gec olanda heç bir çarəsi, həlli, çıxış yolu olmur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye