Arasında...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:13 17 dekabr 2015 tarixində əlavə olunmuşdur

* Arasında**
(Gəraylı)

Əcəl yatır, bir ölüm var,
Göz ilə qaş arasında,
Dost-düşmənin baxışları
Ayaqla baş arasında.
***
Bu işlərə mat qalıram,
Yanıb,yanıb-yaxılıram.
Elə bil ki,sıxılıram
Torpaqla daş arasında.
***
Ötənləri yada saldım,
Öz-özümdən xəbər aldım.
Bilmirəm ki,niyə qaldım
Çaş ilə baş arasında.
***
Taleyinlə barışırsan,
Barışmağa çalışırsan.
Mövlud,oda alışırsan
Quruyla yaş arasında.

26.04.2014.Zərdabi.Mövlud Ağamməd.
,


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.1061 saniye