ARI PƏTƏYİNDƏ HƏYAT VƏ ARI ŞANI
Sebine Haciyeva tərəfindən "" bolməsinə 00:38 10 fevral 2013 tarixində əlavə olunmuşdur

Allah Quranın bir çox ayəsində yerdə və göydə olan qüsursuz tarazlığa diqqət çəkir və bunun üzərində düşünməyimizi istəyir. Çünki düşünən insan Allah`ın ayələrini görür və Rəbbinə daha da yaxınlaşır. Quranda bəzi canlılar xüsusilə vurğulanmışdır. Bunlardan biri də arılardır. Arılar hamımızın tanıdığı kiçik canlılardır. Arılar haqqında sadə bir sual: Arılar nə edirlər? Bu, hər kəsin cavabını bildiyi bir sualdır, arılar bal və pətək hazırlayırlar. İkinci bir sual ortaya çıxır: Bəs arılar nə üçün bal hazırlayır?

Bəzi insanlar bu sualın cavabının nə qədər önəmli olduğunun fərqində belə deyillər. Bəziləri isə bu haqda heç düşünməyiblər. Bəziləri də darvinist ideologiyaya əsasən arının təkamül prosesi nəticəsində yarandığını iddia edirlər. Təkamülçülərə görə arılar da digər bütün canlılar kimi təsadüflər zənciri nəticəsində meydana gəlmiş və "instinkt" adlanan qabiliyyət sayəsində bal hazırlamağı öyrənmişlər.

Ancaq sualın ən doğru cavabı insan üçün çox əhəmiyyətli olan bir mövzunu əhatə edir. Arı bir çox mükəmməl xüsusiyyətləri ilə birlikdə Allah tərəfindən yaradılmışdır və O`nun ilhamı ilə insanlar üçün bal hazırlayır.

İndi də Allah`ın Quranda bəhs etdiyi bu yaradılış dəlilini birlikdə araşdıraq. Arılar toplu şəkildə yaşayan canlılardır və pətəkdə yaşayışlarını təmin etmək üçün birlikdə çalışırlar. 60-70 min arının yaşadığı bir pətəkdə nizam necə tənzimlənir? Necə olur ki, heç qarışıqlıq olmur? Bu nizamı arıların özlərinin yaratması mümkündür? Bütün bu sualları insanlarla arıları müqayisə edərək cavablandırsaq, pətəkdəki bu qüsursuz nizamdakı qeyri-adilik daha aydın olar.Birlikdə çalışmaq üçün toplanan insanlar arasındakı ən çətin mərhələ iş planının qurulması və vəzifə bölgüsüdür. Əgər iş yeri fabrikdirsə, fəhlələrin başında ustalar, ustaların başında mühəndislər, mühəndislərin başında idarə heyəti, idarə heyətinin başında da müdir olur. Səmərəli işin təşkili üçün çox böyük əmək və pul sərf olunur. Qısa və uzun dövr planları qurulur, statistikalar çıxarılır. İstehsal zamanı qabaqcadan hazırlanmış istehsal planlarından istifadə olunur və hər mərhələdə keyfiyyət yoxlanılır. Ustaların, mühəndislərin, idarə heyətinin və rəhbərlərin hər biri vəzifə başına keçmədən öncə illərlə davam edən akademik və ya praktik təhsil alırlar. Ancaq bütün sadaladığımız misallar və buna bənzər təşkilatların tam şəkildə qurulması və qüsursuz işi nəticəsində yüzlərlə insanın uyğunlaşaraq işləməsi təmin edilir.Bir neçə yüz ağıl və iradə sahibi insanı bir yerdə işlətmək üçün bu cür incə təşkilatçılığa ehtiyac olduğu halda, on minlərlə arı heç bir insan kollektivinin bacara bilməyəcəyi mükəmməl təşkilatçılıq daxilində çalışır. Yaxşı, bəs necə? Bu sualın cavabını da yenə insanlarla arıları müqayisə edərək verək..

Arılar insanlar kimi təlim keçmirlər. Hər biri yarandığı gündən öz vəzifəsini yerinə yetirməyə başlayır. Fabrikdəki hər işçi öz mənfəəti üçün işləyir. Halbuki, arılar gördükləri işdən heç bir mənfəət güdmürlər. Fabrikdə ən sıravi işçidən idarə heyətinə kimi hər bir işçinin iş saatı, tətil hüququ varkən, arılar ömür boyu dayanmadan insanlar üçün işləyirlər.

Bəs belə qüsursuz nizamı təşkil edən nədir? Təsadüflər 60-70 min arını bir yerə toplayıb belə nizamlı işi təşkil edə bilər mi? Təsadüflər on minlərlə arının qarışıqlıq yaratmadan hər birinə öz edəcəyi işi öyrədən sistemi meydana gətirə bilər mi? Təbii ki, xeyr. Təsadüflər qətiyyən bu cür nizamı meydana gətirə bilməz. Təsadüflər yalnız qarışıqlıq yaradır. Bütün kainatdakı qüsursuz nizam kimi arıların həyatlarındakı nizam da təsadüf əsəri ola bilməz. Bir pətəkdə yaşayan on minlərlə arının hamısını eyni maşının çarxları kimi uyğunluq içində dayanmadan işlədən Allah’dır. Arılar da yer üzərindəki bütün canlılar kimi Allah’ın ilhamı ilə hərəkət edirlər. Bu gerçək “Nəhl” surəsində belə bildirilir:

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

1. Pətəkdə Təmizlik: Pətək təmizliyi arıların və sürfələrin sağlamlığı baxımından çox önəmlidir. Arılar pətəkdə lazımsız olan hər şeyi çölə daşıyırlar, daşıya bilmədikləri, pətəyə çöldən daxil olan böyük böcəkləri də öldürür və xüsusi maddə ifraz edərək həşəratı bir növ mumiyalayırlar. Diqqət yetirsək burada çox maraqlı incəliklər görərik. İlk öncə arılar ölən bir canlının həm çürüyəcəyini bilir, həm də onlara zərər verməsinin qarşısını almaq üçün mumiyalanmalı olduğunu bilirlər. Həmçinin arılar bu prosesdə xüsusi maddədən, "propolis"dən istifadə edirlər. Propolisin xüsusiyyəti içinə bakteriyanın düşə bilməməsidir. Yəni mumiyalamaq üçün ideal bir maddədir. Bəs arılar bu maddənin mumiyalamaq üçün ideal bir maddə olduğunu haradan bilirlər və bunu necə hazırlayırlar?

Arıların bu mövzuda məlumatsız olduqları aydındır. Öz-özlərinə nə ölən canlıların bədənlərinin çürüyəcəyini bilmələri, nə propolis kimi bir maddədən xəbərdar olmaları, nə də mumiyalama kimi bir prosesi həyata keçirmələri mümkün deyil. Ağıl və zəka tələb edən bütün bu prosesləri təsadüfən etmələri da mümkün deyil. Bu məlumatlar arılara yaradıcıları olan Allah tərəfindən ilham edilir.

2. Baxıcı Arılar: Arılar 3-cü gündən sonrakı bir həftə boyunca qulluq edirlər. Bədənlərindəki bəzi ifrazat vəzilərinin hərəkətə keçməsi ilə anidən sürfələrin qulluğunda durmağa yönəlirlər. Sürfələrin qayğısına qalmaq 3-10 günlük arıların işidir. Sürfələrin bəzisini arı südü ilə bəzisini isə bal və çiçək tozu qarışığı ilə qidalandırırlar.

3. Pətək Memarları: 10-cu gündən etibarən işçilərin qarnındakı bal mumu vəziləri inkişaf etməyə başlayır və mum hazırlayacaq vəziyyətə gəlirlər. İşçi arılar artıq bal mumu ilə pətək quran inşaat işçilərinə çevrilirlər.

4. Gözətçi Arılar: Arılar 10 gün boyunca pətək qurmağa davam edirlər. Amma pupdan çıxmasının 20-ci günündə yenə vəzifələrini dəyişirlər. Bu dəfə pətək girişinə nəzarət edirlər. Arıların bədənində yenə dəyişiklik baş verir və zəhər ifrazı başlayır və gözətçi arılar pətək girişində dayanıb pətəyə daxil olmaq istəyən həşəratları uzaqlaşdırırlar.

Xarici görünüşdən arılar bir-birlərinə çox bənzəyirlər. Bu bənzərliyə baxmayaraq pətəyə daxil olmaq istəyən yad arıları o andaca tanıyır və pətəkdən uzaqlaşdırır və ya öldürürlər. Bu məqamda ağlımıza belə bir sual gəlir ki, arılar bir-birilərini necə tanıyırlar? Hər pətəkdə ana arının ifraz etdiyi kimyəvi maddə var və bu maddəni pətəkdəki bütün arılar tanıyır. Bundan əlavə pətəkdəki bütün arılar həmin maddəni ana arıdan alır, yəni hər biri ana arı ilə eyni qoxunu daşıyır. Həmin maddə hesabına pətəkdəki arılar bir-birilərini asanlıqla tanıyırlar.

5. Çiçək tozu toplayan arılar:Arılar cəmi 6 həftəlik həyatlarının qalan hissəsini çiçəkləri araşdıraraq nektar toplamaqla keçirirlər.

İşçi arılar pətəkdəkı bütün bu işləri görərkən kraliça arıynın üzərinə düşən vəzifə bütün ömrü boyu dayanmadan yumurta qoymaqdır və bütün ehtiyacları işçi arılar tərəfindən qarşılanır.

Arıların həyatlarındakı bu mərhələlər beynimizdə bir çox sualın yaranmasına səbəb olur. Dünyaya yeni gözlərini açan canlı, arı kimi ağlı və zəkası olmayan bir həşərat, necə olur ki, lazım olan işləri eynilə yerinə yetirir? Necə olur ki, bu canlının bədəni, əvvəlcə, təmizliklə məşğul olmağa, bəzi ifrazat vəzilərinin fəaliyyətə keçməsi ilə bir anda sürfələrin qulluğuna yönəlir? 4-5 gün əvvəl özü sürfə olduğu halda, bunları necə bilir? Yenə birdən-birə bədənində baş verən dəyişikliklərlə mum hazırlamağa başlayır və birdən-birə inşaat işçisinə çevrilir və daha sonra yenə vəzifəsini dəyişərək gözətçiyə çevrilir.

Gördüyümüz kimi, pətək daxilində qüsursuz nizam var və bu nizam 60-70 min arı arasında heç bir qarışıqlıq yaranmamasını təmin edir. Aydındır ki, bu qüsursuz nizamı yaradan və uzunmüddətliyini təmin edən arıların ağlı, təcrübəsi və ya qüsursuz təşkilatçılıq qabiliyyəti deyil. Arılar yer üzərindəki bütün canlılar kimi üstün elm sahibi olan Allah`a təslim olmuş və Onun ilhamıyla hərəkət edirlər.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Sebine Haciyeva
Əlaqə
E-mail:
benbenli@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0312 saniye