Arıqlamaq üçün ən yaxşı idman - Bootcamp
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 09:56 03 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Arıqlamaq üçün hər dəfə fərqli idman hərəkətləri ilə tanış oluruq. Hazırda ən geniş yayılmış idman çalışmalarından biri bootcamp adlanır. Əsgərlik rejimindəymiş kimi edilən bu idman nəylə fərqlənir?              

Həm pilates, həm yoqa, həm də digər idman növləriylə məşğul olsanız da, bədən quruluşunuz yenə də eyni vəziyyətdə olduğu kimi qalıb.  Onda bootcampla məşğul olmağa başlayın. Bootcamp ağır idman olduğundan ona başlamadan öncə sağlamlıq müayinəsidən keçməlisiniz.      

Bootcampa nələr daxildir?
Digər idman növlərində olduğu kimi, burda da qaçma, tullanma, gəzinti,  jim kimi sadə hərəkətlərə də rast gəlmək olar. Bu hərəkətləri ardıcıl şəkildə edə bilərsiniz. Bu idman sayəsində bədən limitinin dəyişməsi bəzən 3 ay, bəzən də 1 il ərzində mümkün ola bilər. Bu da insanın nə qədər istəkli olması və qidalanmasına nəzarət etməsiylə bağlıdır.

Bootcamp idman hərəkətlərində yumşaqlıq deyilən anlayış yoxdur. Bu idmanla məşğul olarkən yuxu saatlarınızı da nizamlamalısınız, çünki normal yuxu sayəsində əzələləriniz güc qazana bilər.  Bootcampla məşğul olduqdan sonra özünüzü güclü qəhraman kimi hiss edəcəksiniz. 

Bootcampa başlamadan öncə ürək ritminizə də diqqət verməlisiniz. İlk müdətdə ürəyiniz 180 vura bilər, sonra normasına düşəcək. 

Bootcamp edərkən...
Gücünüzün artmasıyla yanaşı yağlarınız da azalacaq. Bədən quruluşunuzda gözəl dəyişikliklər olacaq. İş şəraitində stressdən xilas olmaq üçün iş yoldaşlarınızla bir qrup təşkil edib birlikdə bu idman  hərəkətlərindən zövq ala bilərsiniz.   


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0345 saniye