Aristotel və Makedoniyalı İsgəndər
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 18:03 11 mart 2016 tarixində əlavə olunmuşdur

Ya adını, ya da əxlaqını...

Makedoniyalı İsgəndər əxlaqsız, ancaq çox gözəl adı olan bir adama deyir: - Ya adını dəyiş, ya da əxlaqını.

Aristotelə iki sual

Heç vaxt qəhqəhə çəkib gülməyən, cəmiyyətin naqisliklərindən və xoşagəlməz hallarından uzaq olmağı həyat tərzinə çevirən Aristotellə iki sual verirlər.

Birinci sual: - Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?

Aristotel bir-bir sadalayır: Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər.Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər. Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar. Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar. Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz? Aristotel yenə sadalayır: Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Gülər üz

Aristotel dərs keçəndə tələbələrindən birinə çətin məsələni ən xırdalığına qədər izah edəndən sonra soruşur: – Başa düşdün? – Bəli, – tələbə dillənir. – Başa düşməyinlə bağlı hansısa əlamət görmürəm axı. – Necə bir əlamət? – Gülər üz, əzizim, gülər üz. Əgər başa düşsəydin sevinərdin.

 İki kölə

Makidoniya hökmdarı Filip oğlu İsgəndərin müəllimi olan Aristotelə əsəbiləşir: – Guya nolacaq ki, sən olmasan! Sənin əvəzinə bir kölə tutaram, oğlumun tərbiyə və təhsili ilə məşğul olar. Bu sözləri eşidən məşhur filosof hökmdara özündənrazı halda cavab verir: – Düzdür, yaxşı fikrə düşmüsünüz. Belə olsa iki köləniz olar. Cəza Makidoniyalı İsgəndərə deyirlər ki, "filankəslər sizin haqqınızda nalayiq sözlər danışır, onlara layiq olduqları cəzanı verib niyə susdurmursunuz?” Hökmdar bu sözləri deyənlərə deyir: – Əgər belə etsəm, onda həmin adamların dedikləri yalanlar həqiqətə çevrilər – haqlı olarlar. Ədalət, yoxsa cəsarət? Makidoniyalı İsgəndər müəllimi Aristoteldən soruşur? – Dövləti idarə etmək üçün ədalət əsasdır, yoxsa cəsarət? Müəllimi cavab verir: – Ədalət olan yerdə cəsarətə ehtiyac yoxdur. Ən böyük müsibət Makidoniyalı İsgəndərə sual verirlər: – Ən böyük müsibət nədir? Hökmdar da cavab verir: – Yaxşı adamın pis adama möhtac olmasından böyük müsibət yoxdur. İnsanlıq Əxlaqsız bir adama mərhəmət göstərdiyinə görə Aristoteli qınayanlara o belə deyirdi: – Mən ona əxlaqsız olduğuna görə yox, insan olduğuna görə hörmət edirəm. İtirdiyin vaxta heyfislənirəm Bir gün Aristotel tələbəsini qumar oynayarkən tutur və möhkəm əsəbiləşir. Tələbəsi əməlinə bəraət qazandırmaq üçün müəlliminə deyir: – Axı mən elə də yüksək məbləğdən qumar oynamıram. Aristotel daha da qəzəblənir: Mən pula yox, itirdiyin vaxta heyfislənirəm. Yalançının qazancı Aristoteldən soruşurlar: – Yalan danışmaqla nə itiririk ki? Aristotel belə cavab verir: – Həqiqəti.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0213 saniye