Oğlanlar arasında eşitdiyimiz və diqqət yetirmədiyimiz belə bir söz var: "Özünü arvad kimi aparma, qız kimi incimə". Bu cür sözlər hər kişi xeylağına toxunur. Əslində, bu sözü çox eşitmiş olsaq da, haqqında çox düşünməmişik. Bu cümlə, adətən, bir oğlan tərəfindən öz həmcinsinə, yaxud bir ata tərəfindən öz balaca oğluna qarşı istifadə edilir. Bəs bunun şüuraltı psixologiyası nədir?
Cavab: bu sözün şüuraltı mesajı budur: arvad olma - qadın olmaq pis şeydi, qız kimi incimə, bu aşağı dərəcəli bir hərəkətdir, alçalma. Əslində, qadın, ya qız olmaq pis bir şey deyil. Hansı qadın, yaxud qız öz cinsindən utanır? Heç biri. Elə kişilər kimi. Sadəcə, bu sözü işlədən adamın gözündə qadın aşağı dərəcəli məxluqdur, qadın olmaq utandırıcı bir şeydir. Burada həmin adam qadın ya qız sözünü qarşı tərəfə təhqir və alçaltma kimi işlədir... Bu sözün şüuraltında gizlənən iyrənc psixologiyası budur! Bu sözlər həmin oğlanların çürük düşüncələrinin səbəbi kimi ortaya çıxmış olur. Çünki işlətdiyin sözlər sənin beyninin məhsuludur, işlətdiyin sözlərə görə qarşındakı insanın psixologiyasını anlmaq olur ki, hansı düşüncənin adamıdır. Bu sözləri işlədən kişilər qadını sevə bilmir. Ümumən müsəlman təfəkkürlü kişilərin təhtəlşüurunda qadına qarşı gizli nifrət və aşağı məxluq kimi baxma var. Buna görə də onlar qadını söyə də, döyə də, zorlaya da, hətta öldürə də bilərlər. Sadəcə onlar üçün əlverişli şəraiti yaradın və nəticəni görün!