Arzu etmək
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 00:50 18 iyun 2014 tarixində əlavə olunmuşdur

 

Arzu etmək adətimdi,

Nə sonu var,

Nə əvvəli.

Mən baxdığım ay gözəldi.

Könül dostum ulduz və ay...

 

Xəyal qurmaq təsəllimdi,

Bahar gələr...

Güllər açar...

Ruhum dirilə bəlkə,

Günəş nur saça bəlkə...

 

Tənha qalmaq qismətimdi,

Zülmət səhər,

Zülmət gecə...

Qəlbimdəki sevgi ölüb,

Çətin bir də cana gələ.

 

Ölüm rəbbin əmridi,

Bir gün gələr,

Hər şey bitər...

Ruhum pərvaz edər səmada,

Qələm ağlar,

Dəftər ağlar,

Mənsiz qalan şeirim ağlar

 


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+9=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0237 saniye